İsmayıl hələ 8 yaşında idi qonşu uşaqı ilə savaşaraq onu döymüşdü. Döydüyü uşaqın anası ismayılın üstünə hücum çəkərək sən "bicsən",doqru düzgün bir qarından çıxmamısan ki,səni hələ 3 aylıqında uşaq evinə atıblar,otur dur səni götürən bu ailəyə dua et ki,sahibsiz qoymayıblar səni.!
Bu sözün nə olduqunu anlamayan İsmayıl ana bildiyi insanın yanına gələrək,ana mən bicəm sualını verərək həyatının ən ağır sualını vermişdi.O gün ata və ana bildiyi şəxslərin həmin kəndən köçərək Bakıya gəldiyidə xatirində,köçkünlük həyatının ən ağır anı idi.İsmayılın atası( ata bildiyi kişi) onu heç bir zaman öz övladlarından ayrı tutmurdu,elə İsmayılı uşaq evindən götürmə səbəbidə,atasının həmin uşaq evi ilə üz-üzə olan Komisarlıqda komisar işləyən zaman,İsmayıla yazıqı gəlib ondan xoşlanması idi.İsmayılı götürdükdən bir neçə il sonra,komisarlıqdan pensiyaya çıxmışdı.Boş zamanlarını bacardıqı işləri görmək üçün hətda Rusiya dövlətinə belə gedərdi,oradan İsmayıla ən yaxşı geyimlər alıb yollardı,İsmayılın götrülməsinə belə narazı olan anası İsmayılı o qədərdə sevməzdi,bəzən digər övladlarından onu daha çox istədiyini gördüyü üçün öz həyat yoldaşına qısqanclıqdan İsmayılı incitdiyi anda olmuşdu.İsmayılın atası ,İsmayıl 14 yaşına çatarkən dünyasını dəyişdi,İsmayıl o gündən özündən böyük iki bacısını,bir qardaşını,özündən sonra olan bir bacısınıda saxlama yükünü öz üzərinə götürdü.Çox aqrı acı çəkdiyi anlar olmasına baxmayaraq bu yükü layiqi ilə qaldırdı,əsgərlik dönəmi çatan zaman isə İsmayıl heç tərəddüd etmədən,Unveristete daxil olmasına baxmayaraq təhsilini dondurub hərbi xidmətə yola düşdü.
Hərbi xidmətini döyüş bölgələrinin birində keçirirdi,çox aktiv bir əsgər olduqu üçün tağım komandiri müavini olmuşdu,kəşviyyatlara gedib mühüm xəbərlər gətirdiyi üçün artıq orduda özünə böyük inam qazanan İsmayıl bir gün çox mühüm bir vəzifəyə təyin edildi.15 əsgəri ilə düşman tərəfə keçərək,düşmanın hərbi texnika sayını və canlı qüvvəsini öyrənmə tapşırıqı aldı.Əsgərləri ilə yola düşən İsmayıl minalanmış ərazini keçdikdən sonra izsiz bir dumana düşdüklərini gördü,geriyə dönüş mümkinsiz idi,irəli getmək faciə,olduqu yerdə daldalanmaq üçün bir yer tapıb duman çəkilənə qədər gözləməyi məsləhət bildi.Artıq gecə saat 4 idi duman çəkilmiş,dan yeri aqarmaqa doqru başlayırdı.Birdə onda gördülər ki,düşmanların bunlardan xəbəri olmasa belə tam onların ortasındadırlar,cəmir qaçış yeri var amma bu qaçış qurban tələb edirdi...Bir nəfər bütün qüvvələri öz üzərinə çəkərək düşmanın başını qatmalı və yoldaşlarının qaçmasına kömək etməli idi.Hər kəs bir nəfər kimi dedi mən qalım,amma İsmayıl bir anda uşaqlıqında duyduqu o aqır söz "sən bicsən" sözü bir anlıq xatirinə gəldi.Özlüyündə düşünüb dedi,əgər mən qalarsam və ölərsəm məni aqlayan anam və bacılarım məni daha tez unudacaq,çünki mən onların doqması deyiləm,amma bunların hamısının anası ömürlük bala daqı ilə yaşayacaqdır.Birdəki İsmayıl o əsgərlərin rəhbəri idi,o bu vəzifənin ona aid olduqunu düşünüb və təlimat verdi.Siz hamınız gedəcəksiz mən qalacam,Mən bunlarla savaşdıqca siz "qurd dərəsi ilə" qaçmaqa başlayacaqsız.Eyni ilədə oldu,İsmayıl atışmaqa başladı ,əsgərlər qaçır bunu görən İsmayıl döyüşərək deyirdi,mənim atılmaqıma səbəb mən deyildim,mən günahkar deyildim,bu sözləri deyərək atışırdı İsmayıl .Saatlarla atışan İsmayılın silahi bitdi cibində olan son mərmisini aftomatına qoyub özünü vurmaq istəyərkən silahi atəş açmadı,elə bu an düşmanlar İsmayılı canlı ələ keçirdilər.İsmayılı əsir alan düşmanlar onu həpsxanaya aparıb,aylarca işgəncə edib,dırnaqını,dişlərini çəkib Azərbaycan əlehinə danışdırmaq istədilər.Bunların işgəncələrinə dözən İsmayıl elə hey qışqırırdı,mən bic deyiləm bu mənim günahım deyildi,mən dünyaya bic olaraq deyil uşaq olaraq gəldim.3 ay durmadan işgəncələr aldı,bunu yazmaqla bitməz.Sonda əsirlərlə dəyişilən zaman İsmayılında adı o vərəqdə vardı,İsmayılı dəyişməyə gələn erməni Mayor,dəyişmə məntəqəsində Azərbaycanlı zabitlərə İsmayıl haqda bu sözü dedi,sizin əsgər 3 ay boyunca tək bir söz dedi"Mən bic deyiləm".Təbidir ki,bunu kimsə anlamadı.Əsirlər dəyişilən zaman bir qadında dəyişilmişdi,o qadının şahidliyi ilə İsmayıl orderlə təltif olundu,İsmayılı qarşılamaqa gələn anası( ana bildiyi qadın) 3 ay içində büs bütün qocalmışdı,İsmayıl bu an içindən fərahladıcı bir səslə dedi,bax bu mənim anamdır və mən bic deyiləm...
Məhəmməd Əlioğlu