İsmayılın sonraki taleyi

10-05-2016, 12:25
0
İsmayılın sonraki taleyi

İsmayıl əsirlikdən dönəndən sonra 2 ilə yaxın müddətdə müalicə almağa davam etdi. Xəstəxanada olarkən bacısı onun yanına gəlib sənin üçün gözəl bir qız tapmışam, evləndirəcəm deyərək İsmayıla yeni bir ümid verdi. Sanki bu söz İsmayılın həyata yenidən bağlanması üçün bir təkan oldu. İsmayıl sağaldı, onun həyat eşqinə çevrilən xanımla evlənmək qərarına gəldi və heç görmədən o evlənməyə razılıq verdi. Çünki bilirdi anası və bacısı ona pis olan birini almazlar. İsmayıl o qızla evləndi və iki övladı oldu. Özlərini xoşbəxt sayırdılar lakin zamanın çərxi tərsinə dövran edərək bu ailənin xoşbəxtliyini çox gördü. İsmayıl böyük bir xəstəliyə düçar oldu. İsmayılın yoldaşı artıq İsmayılın normal bir insan kimi fəaliyyət etməməsindən boğaza yığılıb atası evinə gedərək İsmayılı tərk etmək qərarına gəldi. Belə də etdi, İsmayılı tərk edən yoldaşı aylar sonra onun sağaldığını görüb kor peşman geri döndü, İsmayıl iki övladına görə onu bağışladı və qəbul etdi. Lakin içindək qırqınlıq əsla bitmədi və həyatının qadını yoldaşı olmadıqını gördü. İsmayıl o gündən hər zaman özünə bir yar axtardı ürəyində. Günlərin bir günü sosial şəbəkədə bunun qarşısına bir xanım çıxdı, ilahi bu nədir? Səhər jaləsi, gözlərə işıq salacaq gözəllik, İsmayıl o gündən anladı ki, əslində həyatının qadını bax budur. Onun sadəcə gözəliyi deyildi İsmayılı aşiq edən, onun davranışları, ədəbi ərkanı, insanlıqı İsmayılı özünə aşiq etmişdi. Durmadan onu düşünür,onu xəyal edir bəzən şəkillərinə baxaraq gecələr xəyalara dalırdı. O onun hər şeyinə çevrilmişdi əhval Ruhiyyəsinə, həyata bağlanmaqına səbəb olmuşdu. Hər an səsini duymaq üçün can atır, onun xəyalı ilə yatıb xəyalı ilə dururdu, gözəl sevgi yaşayırdılar.İsmayıl bir gün Azərbaycanı tərk etmək qərarına gəldi, daha yaxşı qazanc əldə etmək üçün Avropaya üz tutmaqa qərar verdi, lakin əvəldən o sevdiyi yarıyla məsləhətləşib bu yola çıxdı. Onunla danışaraq demişdi ki, mən gedim özümə yer yurd edim, arxamca səndə gələrsən. İsmayıl hər gün getmədən öncə övladlarına baxır və düşünürdü mən bir gün dönərsəm əyər övladlarımı yerində görəcəm amma əyər sevdiyim yar arxamca gəlməsə mən birdə onun üzünü görə bilməyəcəm deyərək təlaş içində idi. Hər dəfədə sevdiyi yarından soruşardı ki, əgər mən gedərsəm sən mənim arxamca həqiqətən gələcəksənmi deyə, sevdiyi yarı isə ona hər sözündə əminliklə gələcəm deyirdi. İsmayıl nəhayət yola düşdü, uzun sürən vaxtdan sonra İsmayil hər şey əldə etdi və o bir gün sevdiciyinə zəng edərək, artıq yanıma gəl dedi. Sevdiyi yarı isə ona.....(ardı maraqlı olsa sizin üçün yazaram)

Mehemmed Elioqlu

скачать dle 12.1