Zəngin olmaqın ən asan yolu, məmur olmaqdan keçir.

3-05-2021, 12:19
4 365
Zəngin olmaqın ən asan yolu, məmur olmaqdan keçir.

 

Hər birimizin bildiyi kimi Azərbaycanda rüşvətxorluq halları günü gündən daha çox artır,bu rüşvətxorluq təbi ki, Cəlilabad rayonundanda kənar düşməyib elə rayonun özü və onu idarə edənlər şəxsən rüşvətxorluq bataqlıqıdırlar. Uzun illərdir ki,rayona başçılıq edən Əziz Əzizovu hər bir kəs tanıyır lakin onu kimsə sözün əsil mənasında xalqına xidmət edən bir başçı kimi deyil,tam əksinə rayon əhlinə zülüm edən diktator kimi tanıyırlar. Bu başçı rayonun "abadlıq" işlərində dövlətdən maliyyə ayrılmasına baxmayaraq rayonun müəllim və həkim, eləcədə dövlət işində çalışan hər bir şəxsini fiziki əməyə məcbur edərək fəhlə yerinə işlədir,rayon sakinlərinin onsuzda günü gündən artan problemi olduqunu bildiyi üçün,kimsənin buna etiraz etmiyəcəyinə əmin olan başçı dahada bundan yararlanaraq öz əməllərinə son qoymur.

Rayon başçısının "qruplaşmasına" Bayxanlı kənd inzibati ərazi dairəsinin sabiq nümaəndəsi Özxan adlı şəxsdə daxildir, bu şəxsi əl altıları isə Bayxanlı kənd inzibati ərazi dairəsinin hazırki nümaəndəsi Akif və onun müavini Ehtiramda daxildir. Gəlin bu 3 şəxsin kimlikləri haqda sizə qısa bir məlumat verim. Kimdir Özxan?! Əslən Məlikqasımlı kəndindən olan bu şəxs ali təhsil almadan dövlət quluqunda yüksək vəzifə tutana qədər həyətində at arabası belə olmadıqı halda,çox keçmədən bu vəzifəyə gələr gəlməz altında bahalı maşın, rayonun Marif şöbəsi ilə üz üzə Qala Qapısı deyilən tarixi bir yerdə çox bahalı Brend markalardan ibarət olan geyim dükanına, xalqdan yıqdıqları rüşvətlərlə Həc ziyarətinə getmiş birisidir.hal hazırda isə Su İdarəsinin müdiri vəzifəsində çalışır. Yerinə qoyduqu adam isə Akif eynən onun əməllərini davam edərək, yaşayış yerlərindən arayışı 5-10 manat qiymətinə satır. Dövlətin əkin sahəsi üçün ayırdıqı, əkin və biçin pullarını talamaqıda özləri üçün xususi qazanc yeri əldə ediblər. Məsələn, əgər birinin 5 hektar ərazisi varsa və o bunun imkan edib 2 hektarını əkibsə təxminən dövlət ona illik 160 manat pul ayırır, bu şəxslər isə qalan 3 hektarı əkilmədən qeydiyyata əkilmiş kimi alırlar və dövlətdən ayrılan pulu özlərinə mənimsəyirlər. Bir çox şəxslərin hətda torpaq kartları heç vətəndaşların özlərində deyil bu şəxslərdədir. Yeni Kənd Soveti sədri (r) Akif və onun müavini Ehtiram hal hazırda da, keçmiş sədr olan Özxanın göstərişi ilə hərəkət edirlər. Müavin olan Ehtiramı tanıdıqım üçün hətda düşünürəm ki, bu adam necə olubda burda çalışır çox müəmalı gəlmir çünki aldıqları rüşvət kimi rüşvət verib o yerə keçdiyidə dillərdə gəzir. Bu şəxslər hətda sosial yardımı belə imkanı olanlara 6 ayını rüşvət kimi qəbul edərək düzəldirlər, halbuki bu yardıma möhtac olanlar bu yardımdan yararlana bilmirlər. Bütün media nümaəndələrindən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasınlar və bu dələduzlar ən qısa zamanda dövlət nəzarətinə götrülüb cəzalandırılsınlar.

Fərhadlı Fərhad

скачать dle 12.1