Daxili İşlər Nazirliyi dərman biznesində?

29-05-2022, 12:47
10 031
Daxili İşlər Nazirliyi dərman biznesində?

Bir neçə dəfə Azərbaycan saatı youtube kanalındakı proqramlarda bu məsələ barədə danışmışam ki, Azərbaycanda dərman mafiyasının sektorlarından biri Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin nəzarəti altındadır. Yaxud da, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi. Fərq etməz, çünki, əhali arasında bu idarəni daha çox «bandotdel» adlandırırlar.
İndi bu sxem barədə bildiklərimi və ya sizin bildiklərinizi ümumiləşdirib qeyd edəcəm.
«Bandotdel» adlandırılan bu idarənin rəisi general Əbülfət Rzayevdir.


Dərman mafiyasının bu sektorunda açar isimlərdən biri də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza İdarəsinin rəisi Murad Süleymanovdur. Bunları gizli dərman biznesinin şərikləri də adlandıra bilərsiz və daha bir şərikin də adını yazacam. Bu şəriklər nəzarət etdikləri sxem üzrə satılan dərmanlar əsasən qaçaq yollarla, yəni Gömrük qeydiyyatına almadan ölkəyə gətirirlər.
Əlbəttə bu Mərkəzin satdığı dərmanların heç də hamısı qaçaq dərmanları deyil, qeydə alınaraq idxal edilən dərmanlar da var.


Murad Süleymanovun bu gizli sektora təyin etdiyi baş nəzarətçi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza İdarəsinin Ramin adlı əməkdaşıdır. Murad Süleymanovun əsas funksiyası öz nəzarətçiləri vasitəsilə müəyyən edilmiş dərman preparatlarını 7 filialı olan «Elit» apteklər şəbəkəsi daxilində bölüşməkdir. «Elit» apteklər şəbəkəsində bu dərmanlar 5-8 qat baha qiymətə satılır.
Bu dərmanların başqa apteklərə sızmasının qarşısını isə Bandotdelin əməkdaşları alır. Bandotdelin Hacı, Ramin, Emin, Ramil və bir sıra başqa işçiləri bu «dağıtım» sahmanına nəzarət edirlər. Bu «sektor»un imtiyazı sferasına daxil ediklən dərmanların başqa apteklərdə satılamsı qadağan edilir və uyğun cəza sanksiyaları tətbiq edilir.


«Elit» apteklər şəbəkəsi isə Eldar Abbasov adlı iş adamına və səfir Elmira Axundovanın oğlu Həbib Axundova məxsusdur. Yəni, bu cütlük də üçüncü tərəf olaraq şərikdirlər. (Proqtramların birində Eldar Abbasovun deputat olduğunu demişdim, dəqiqləşdirirəm ki, bu şəxs deputat deyil və deputat Eldar Abbasovdan bu yanlışa görə üzr istəyirəm).


Məlumatlı mənbələr bildirirlər ki, «Elit» apteklər şəbəkəsi üzərindən Bandotdel və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza İdarəsinin qurduğu bu üçlü ortaq biznesin aylıq gəliri ən azı 5 milyon manatdır.
Bu üçlüyün imtiyazına aid olan dərmanlar başqa apteklərdə aşkar edilərsə əsasən bu cəzalar təqbiq edilir :

  1. Dərmanlar müsadirə edilir və satış üçün «Elit» apteklər şəbəkəsinin filiallarına verilir.
  2. «Qadağan edilmiş» həmin dərmanların aşkar edildiyi apteklərin sahibləri 30 mindən 100 min manata qədər cərimə edilir.
  3. Aptek sahibi bəzi hallarda «Bandotdel»ə salınaraq bir neçə gün həyat dərsləri alırlar.
    Amma ilk iki bənd mütləq və bütün hallarda tətbiq edilir.

Mən əlbəttə, bu şəbəkənin inhisarında olan bütün dəırmanların ad siyahısını burada yaza bilmərəm, siyahı çox uzundur, amma bəzilərinin adlarını qeyd etmək istərdim. Söhbət, məsələn bu cür dərmanlardan gedir :

Xarelto
Yanumet
Qalvusmet
Bosentan
Viarde
Nexium
Anti asidoz
Salofal
Estrofem
Proluton
Sialis
Ritmonorm
Ursofalk
Plaviks və başqaları…

Bir kateqoriya dərman preparatları da var ki, onlar qaçaq yolla gətirilmirlər, ümumi qayda üzrə idxal edilən dərmanlardır, amma onların satışı üçün xüsusi möhürləö icazə gərədkdir.
Bunlar:
Duxet
Memantin
Relanium
Tramadol
Ketilept
Aminalon
Diploram və başqalarıdır.

Bu sahə ilə tanışlığı olan, dərman biznesində çalışan iş adamları yanlışlarımı düzəldə və ya siyahını, eləcə də detallı bilgiləri zənginləşdirə bilərlər. (DİN Mətbuat xidməti ümumityyətlə, qəzəbli şəkildə təkzib də edə bilər).
Mənim əldə edə bildiyim məlumatların xülasəsi hələlik bu qədərdir.
Ümumən onu deyə bilərəm ki, Azərbaycanda dərman biznesi bütövlükdə Əliyev ailəsinin tam himayəsi və imtiyazı daxilindədir. Bu cür yarımqapalı sektorlar isə onların razılığı əsasında bu qaydaları tətbiq edirlər və bu qaydalarla işləyirlər.

скачать dle 12.1