ANAMA Şuşada “İsgəndər” raketinin qalıqlarnı tapıb…

5-04-2021, 19:22
1 154
ANAMA Şuşada “İsgəndər” raketinin qalıqlarnı tapıb…

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Şuşada minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi ilə bağlı apardığı işləri zamanı, bildirib ki, bu il martın 15-də qurumun əməkdaşları bu şəhərdə iki partlamış raketin qalıqlarını aşkar edib. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsi aydınlaşdırılıb. Məhz, qalıqların üzərində 9M723 kodunu tapıblar.

Bu qalıqların, məhz “İsgəndər” raket sisteminə aid olduğu müəyyən edilib. Elə bu identifikasiya nömrəsi də subut edir ki, Rusiyanın Ermənistana verdiyi “İskəndər- E” raketlərinin nömrəsi deyil. Məhz, “İskəndər- M” raketlərinin nömrəsinə məxsusdur ki, bu da yalnız Rusiyanın silah arsenalına daxildir.

Mütəxəssislərin bu tapıntısı “ İsgəndər”raketləri atılıbmı sualına aydınlıq gətirsə də, əlavə sual da doğurur. Yəni həmin identifikasiya nömrəsi Şuşaya atılmış “İsgəndər” E nömrəli deyil, məhz M tipli raketə aid olduğu göstərilir. Bu raket isə Ermənistana deyil, məhz Rusiyaya aiddir. Deməli, Şuşaya atılan raket Ermənistan tərəfindən deyil, üçüncü qüvvə tərəfindən atılıb. İndi sual olnur? “İskəndər- M” raketini Şuşaya kim atıb, daha döğrusu, atılan raket kimin olub?

Zəruri arayış: “İsgəndər-E” “İsgəndər-M” komplekslərinin sadələşdirilmiş formasıdır və onun uçuş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketlərin uçuş məsafəsi isə 500 kilometr mənzillidir. Deməli, Şuşaya atılan raketin identifikasiya kodu təsdiq edir ki, raket “İsgəndər-M” kompleksindən atılıb. Ermənistan ordusunun arsenalında isə “İsgəndər-M” kompleksi deyil, yalnız “İskəndər-E” kompleksləri olub. İndi sual aydılaşır ki, “İsgəndər-M” raketi Rusiyanın Gümrüdəki hərbi bazasında olub.

Əslində, düşmən son çarə olaraq Şuşaya iki ədəd “İsgəndər” raketi atıb. Paşinyanın dediyi kimi, raketlər effektiv olmayıb. Rusiya Müdafiə Nazirliyi isə onun iddialarını rədd edərək bildirib ki, Qarabağ müharibəsində “İsgəndər” ballistik raketlərindən, ümumiyyətlə, istifadə olunmayıb: “Görünür, Baş nazir cənab Paşinyan yanıldılıb və beləliklə səhv məlumatlardan istifadə edib.”

Bəs, o zaman “İsgəndər” raketlərinin qalıqları əlimizdə ola-ola, dövlət başçısı İlham Əliyev bu faktlardan Ermənistanı ifşa etmək üçün niyə istifadə etmir. Ən azı, Ermənistanı öz hesabına silahlandıran Rusiyanı geri çəkindirə bilər, axı?! Əksinə, İlham Əliyev Putinlə danışıqlarında Rusiya “sülhməramlılarını” tərifləyir, daha doğrusu, ona minnətdarlıq edir. Nəzərə almaq lazımdır ki, dünyanın ən nüfuzlu nəşrlərindən olan Forbes jurnalı da, Böyük Britaniya mediası da Ermənistanın Azərbaycana “İsgəndər” raketləri atdığını yazmışdı.

Məncə, Gəncə və Bakı istiqamətinə atılan raketləri də yaddan çıxartmamalıyıq. Yəqin ki, nə zamansa, xüsusilə də, Gəncə və Bakı istiqamətinə tuşlanmış həmin raketlər, onların tipi barədə də rəsmi qurumlarımız ətraflı açıqlamalar verəcəklər. Amma ANAMA səviyyəsində yox, daha yüksək səviyyədə çavab verəcəklər.

скачать dle 12.1