Mətbuat gününü susdurma bayramına çevirənlər

6-01-2021, 19:29
1 582
Mətbuat gününü susdurma bayramına çevirənlər

Şahvələd Çobanoğlu

“Pegasus” izləmə olayı və daha geniş şəkildə izlənməyimiz zarafat mövzusu, sıradan və şəxsi bir olay deyil. Əvvəla, şəxsimizə qarşı cinayətdir, düşünəndə adamı utanc hiss bürüyür, dəhşətə gəlirsən, özəl həyatına bu cür nəzarət adamın başını gicəlləndirir. Qorxacaq bir şeyin olmasa belə. Şəxsi, özəl həyatın, vərdişlərin, zarafatın, sevgin, ailən, özünə və başqalarına aid sirlərin var. Xəstəliklərin var. Hətta ailəndən gizlətdiyin xəstəliyin var – bunu düşünəndə adamın qızdırması qalxır. Namərdlik və konstitusyon cinayətdir.
Bunlar da bir yana. Bu, Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına qarşı böyük və silsilə cinayətin davamıdır. Oğurlayır və hər yerdə cinayət törədirlər. Oğurlayır, qəsb edir, saxtalaşdırır və hakimiyyəti zorla əllərində saxlayır, şəxslərə qarşı cinayət törədir, hər cür iyrəncliklərə əl atır və buna qarşı çıxanları düşmən kimi izləyir, təqib edir, hüquqlarını tapdalayırlar. Bununla Azərbaycan xalqını tapdalamağa davam edirlər və bu işdə vaxt qazanırlar.
Mətbuatı susdurmaq – xalqı məlumat almaq hüququndan məhrum etməkdir. Jurnalistlərlə düşmənçilik məsələsi deyil. “Əkinçi” gedən kəndlərə indi qəzet getmir”, qəzet evlərini (redaksiya və köşkləri) bağlayıb, jurnalistlərə ev paylayırlar. Bu da cinayətdir. Juranalistləri ələ almaqla, susdurmaqla xalqı haqlarından məhrum edirlər. Jurnalistlər niyə başqalırından fərqli olaraq xüsusi ev hədiyyəsi almalıdır? Həm də başqalarının pulu ilə! Xalqı aldatmaq üçün.
Əliyevlər hakimiyyəti özünü qorumaq üçün hər qanunsuzluğa bir don geyindirir və yalnız bir məqsədi varv – hakimiyyətini və talanını qorumaq üçün hamını susdurmaq.
Mətbuat gününü də susdurma bayramına çeviriblər.

скачать dle 12.1