Müxalifəti düşmən elan edən Əliyev.

25-05-2020, 15:10
2 464
Müxalifəti düşmən elan edən Əliyev.

Son baş verənlərlə bağlı bəzi fikirlərimi sizə çatdırıram.

Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir.

Hökumətin cəza siyasətində dibə vurması ölkədə kütləvi narazılığın və xalqımızın mübarizə əzminin artması ilə birbaşa bağlıdır. Rejim görür ki, nə çoxsaylı inzibati həbslər, nə də siyasi fəalların saxta ittihamlarla 3-5 il müddətinə azadlıqdan məhrum edilməsi onun arzuladığı total qorxu mühitini yarada bilmir. Əksinə, müxalifətin sıraları genişlənir. 3 gündür oğulanmış tanınmış idmançı, Azərbaycan və Avropa çempionu Səid Bakuvi AXCP-də ən yeni üzvlərdəndir. 2019-cu il ərzində 100 nəfər AXCP funksioneri həbs olunub. Həmin ildə də Səid bəy və onun kimi minlərlə insan AXCP üzvlüyünü seçib. Yəni həbslər rejimin istədiyi səviyyədə qorxu yaratmayıb. 10-14 illik həbslə hədələmə də rejimin arzuladığı qorxunu yaratmayacaq. Mən  əminəm ki, bu rejimin bundan sonra da 10-14 il hakimiyyətdə qalmaq şansı yoxdur. Siz necə, əmin deyilsiniz? Ona görə də rejimin anons etdiyi 10-14 illik həbslər də umduğu qorxunu, susqunluğu yarada bilməyəcək. Yarıtmaz sosial-iqtisadi siyasət, yoxsulluğun və təbəqələşmənin daha da artması, müxalifətə münasibətin absurd həddə enməsi, cəmiyyətlə qarşıdurma yolunun seçilməsi obyektiv faktorlar olaraq rejim əleyhdarlarının sayını hər gün artırır və artıracaq. Qorxunun əcələ faydası yoxdur. Bütün dünya dəyişdiyi kimi, Azərbaycan da dəyişəcək. Həm də müsbətə doğru.

Zərifə Acalova

скачать dle 12.1