Nə qədər ki Əliyev rejim var, əsgər ölümü dahada çox olacaq.

26-11-2014, 12:04
2 808
Nə qədər ki Əliyev rejim var, əsgər ölümü dahada çox olacaq.

 

 

Mən istərdim ki, demokratiya qələbəyə çatana kimi mubarizə aparsın, daha prezident seçkiləri qurtardı fəaliyyətini dayandırsın bu bir səhvdir. Biz seçkilərə görə yox, demokratiya uğrunda mübarizə aparırıq.

Qarabağ probleminin bir həlli yolu var, oda bu aftoritar rejimi yola salandan sonra olacaq və bu problemin həllini fikirləşə bilərik. Nə qədər bu rejim var, Qarabağın həlli yolları da olmayacaq, indi durub Qarabağdan danışmaq o deməkdir ki, biz qabağımıza qoyduğumuz demokratik cəmiyyət uğrunda mübarizədən əl çekməliyik. Bizim bir məqsədimiz var indi oda bu rejimi yola salmaqdır, sonra Qarabağın həlli yollarını fikirləşməliyik, milləti Qarabağ uğrunda savaşa hazırlamalıyıq.

Azərbaycanda insanları bu zülmə salan bu Heydərizmə neft və qaza görə niyə qurban verirlər.

Qaldı Türkiyə dövlətinə mən heç vaxt Ərdoğan hakimiyyətinə inanmamışam və inanmıram da, əlbbətdə onlar indidən bilirlər seçkilər saxtalaşdırılacaq və bu saxtakarlığa göz yumub yenədə öz təbriklərini İlhama çatdıracaqlar.

Əsgər ölümləri və ordumuz, nə qədər ki bu rejim var, əsgər ölümü dahada çox olacaq. Baxın gənclər əsgər ölümünə qarşı ayağa qalxdılar nə oldu, məgər əsgər ölümü dayandımı, yox əksinə yənədə əsgər ölümü davam edir, çünki müdafiə naziri elə bir adamdır ki Şuşanın müdafiə planını o çəkmişdi və general Şahin Musayevlə birlikdə Şuşanı düşmənlərə bəxşiş verdilər. Bunu Səfər Əbiyevdən indiyə kimi soruşan olubmu yox.

Zərifə Acalova 

 

скачать dle 12.1