Xalqın talanan pulları ilə Dubayda villalar.

12-01-2015, 10:31
628
Xalqın talanan pulları ilə Dubayda villalar.

Azərbaycanda insanlar danışarkən çox zaman elə sözlərdən isdifadə edirlər ki, bir söz söhbət gedən adamın bütün xarakterini ifadə edir. Belə sözlərdən biridə GÖRMƏMİŞ sözüdür. Bu söz indiki Azərbaycan hakimiyətini tam xarakterizə edir. Doğrudur çoxları bununla razılaşmayacaq və yaxud razilaşmaq isdəməyəcək. Lakin mən hər halda bu fikri əsaslandırmağa çalışacam. Mənim fikrimcə bunu sübut etməyə heç ehdiyacda yoxdur, çunki hər şey göz qabağındadır.

Əsas səbəbi isə məncə, kimlərinsə laiq olmadığı halda, heç bir əziyət çəkmədən əldə etdiyi (oğurladığı) küllü miqdarda pullardır. Belə pulların olması, həmin insanları GÖRMƏMİŞliyə təhrik edir. Və bu GÖRMƏMİŞlər hər şeyin böyüyünü (maşınlar, villalar, binalar, və.s) almaqla sanki, ətrafda olanlara nəyi isə sübut etməyə çalışırlar. Axır zamanlarda baş vermiş Quba, İsmayıllı və sair olaylar da həmin bu GÖRMƏMİŞliyin nəticələridir.

Dilimizdə indiki zamanda çox aktual ola biləcək bir dənədə atalar sözü var, balıq başından iylənər. Bu atalar sözü yadıma təsdüfən düsmədi. Bunlardan birincisi Dubay villaları, ikincisi isə Çovdar qızıl mədənidir. Dubayda milyonlarla qiyməti olan villaları uşaqlarının adına al, öz maaşın isə heç ildə ikiyüzmində olmasın. Çovdar qızıl mədəni isə belə demək mümkünsə bunların şah əsəridir. Cünki, siz nə qədər ki, hakimiyətdəsiniz onsuzda Azərbaycan sizin üçün işləyir. Yəni hər hansısa bir mədənin kimin adına olmasından asılı olmayaraq sizindir. Yox əgər siz bu mədəni övladınızın adına yazdırmaqla hansısa uzaq görən bir addım atdığınızı düşünürsüzsə yanılırsız. Çünki gələcəkdə Azərbaycan vətəndaşlarına qaytarıldıqdan sonra, nəyin kimin adına olmasından asılı olmayaraq hər şey qanuni sahiblərinə qaytarılacaq. Məncə bu deyilənləri sizdə çox gözəl bilirsiniz, sizləri belə addımlar atmağa təhrik edən isə sadəcə GÖRMƏMİŞlikdir.

Zərifə Acalova 

 

скачать dle 12.1