5 aprel mitinqi

19-03-2015, 19:36
0
5 aprel mitinqi
 

 

Normal ölkədə yaşamadığımıza görə, normal hakimiyyətimiz olmadığı üçün tez-tez anormal suallar, ittihamlar eşidirik. Belə anormal ittihamlardan biri də mitinq iştirakçılarını sayı ilə bağlı ortaya çıxıb. Peşəsini öz qorxaqlığına qurban edib, mitinqə gələnlərin sayını 20 dəfə azaldanlara sual vermək olar ki, Milli Şuranın 15 mart mitinqinin adı nə idi. İstəsələr də istəməsələr də "talana son" cavabını verəcəklər. Və mən düşünürəm ki, bu aksiyanın adı bütün suallara cavabdır. Əgər 10 minlərlə adam deyil, lap elə Aztv-nin dediyi kimi 600 nəfər bir yerə yığışıb "talana son" deyibsə,deməli ölkədə talan var ki, insanlar bir ağızdan "talana son" deyirlər. Yəqin hər biriniz şahidi oldunuz ki, bəzilərinin "icazəli" deyə istehza etdiyi mitinqə xalqın gəlməməsi üçün hakimiyyət əlindən gələn bütün pisliyi etdi. Ölkəni talayanlar,mitinq təbliğatı aparanların sosial şəbəkələrdəki profillərini də taladılar. Digər baxımdan da bu yaxşı oldu. Artıq indi xalq yaxşı bilir ki,hakimiyyət onun bir yerə yığışıb etiraz etməsindən necə qorxur. Eyni zamanda icazəli mitinqə istehza edənlərin səsini hakimiyyət öz qorxaqlığı ilə batırdı. Əslində onların "icazə" arqumenti gözdən pərdə asmaqdır. Sizi inandırıram ki, 15 mart mitinqi icazəsiz mitinqdən də çətin oldu. oldu Üzdə icazə verib, arxada minlərlə təxribat törətdilər. Tarix bunu sübut edib ki, qorxaqların siyasəti hər zaman qəddarlıq və ikiüzlülük üzərində qururlub.Məsələ çox sadədir. Bir çoxları deyir ki, bizi talan etmək,soyundurub lütləşdirmək istəyirlər. Biz isə təklif edirik ki, pencəyimizi çıxarın,amma köynəyimizi saxlayın. Olmazmı ki, "bizi talan etməyin" deyək?! Zalıma niyə güzəştə getməliyik? Sizləri zərrə qədər də olsun talançılara güzəşt etməməyə çağırıram. "Bunun üçün nə etməli?"- deyə sual versəniz,cavab bəllidir. Milli Şura bizə ikinci fürsəti tanıdı. Yəni ki,növbəti mitinqin vaxtını açıqladı. Mitinq 5 aprel saat 15:00-da, Məhsul stadionunda baş tutacaq. Məlumat üçün bildirim ki,həmin
 
gün qeyri- iş günüdür. Bir şeyi də nəzərinizə çatdırım ki, təkcə "Azadlıq" qəzetinin saytındna mitinqlə bağlı xəbəri 113.000 nəfər oxudu. Bu say virtual sayğacda deyil, meydanda da ola bilər. Sizlər istəyəndə bacarırsınız. Necə ki, 15 mart mitinqində hakimiyyətin iyrənc təxribatlarına baxmayaraq, 10.000 nəfərdən çoxunuz bunu bacardınız.
Orxan Valehli
скачать dle 12.1