Səhv axtarışında olmaq

28-12-2014, 19:44
0
Səhv axtarışında olmaq

Bir çox demokratik ölkələrin xalqları bu demokratik quruluşa uyğunlaşa bilmirlər. Əslində məsələ ölkənin demokratik olmasında deyil. Məsələ insanların ya həddindən artıq dinçi, ya da millətçi olmalarıdır. Çox uzağa getmədən, qonşu Gürcüstanın hakimiyyəti və milləti ilə müqayisə edəcəm. Biz deyəndə ki, Gürcüstan demokratik ölkədir,Gürcüstana gedib-gəlmiş həmvətənlərimiz cavab verir ki, “o necə demokratik ölkədir ki, insanları bir-birinə biganə və aqressivdirlər” Bəlkə də bu sözdə həqiqət var.Məsələ onda deyil, əsl məsələ ondadır ki, lap bu cür olsa belə, yenə də demokratik bir ölkə sayılır. Niyə? Niyəsini indi yazacağam. Bu quruluşu insanlar yaratmayıb, bu quruluşu Allah yaradıb. Əgər yer üzərində hər kəs eyni fikirdə və bir-birlərilə mehriban olsaydı, o zaman Allah cənnəti və cəhənnəmi yaratmazdı. Söhbəti dinə bağlamaq fikrində deyiləm. Deməyim odur ki, bizlər Allahı ədalətli bilib, ona sığınırıq. Bəndələrdən nadanlıq, haqsızlıq görəndə, çarəni Allahdan istəyib, o bəndəni Allaha şikayət edirik. Mənə xalqın hər bir fərdinin ədalətli və demokrat olması vacib deyil. Vacib olan odur ki, o xalqın prezidenti ədalətli və demokrat olsun. O zaman bütün problemlər həllini tapar. Yəni, “qalın”lıqda günahlandırdığımız xalqın bir nümayəndəsi bizə qarşı haqsızlıq edəndə, dərdimizi deməyə, şikayət etməyə bir başçımız olsun. Hə, indi nə olardı ki, bizim də xalqımız demokratik ölkələrin xalqları kimi “qalın”olardı, prezidentimiz isə ədalətli və demokratik. Sizi bilmirəm, amma mən bunun arzusundayam. Heç kimi də qınamaq fikrində deyiləm. Axı bu yazıq camaat hardan bilsin ki, diktatorlar xalq deyəndə, onları deyil, prezident aparatını nəzərdə tutur. Hər kəs deyir ki, bir insan gözündən düşdüsə və onun haqqında pis düşündünsə, onun yaxşı əməllərini görməyəcəksən. Daha doğrusu, görmək istəməyəcəksən. Mənim içim rahatdır.Çünki, gözümdən düşən

“insan”ın, saya gəlməyəcək qədər cinayətləri var. Məqsədli şəkildə Cinayət törədənlərin isə, yaxşı əməli olmur ki, mən də onu görüm. Məni bunun əksi maraqlandırır və çox narahat edir.Şəxsiyyətinə hörmət etdiyim və müxalifət düşərgəsində arxasınca getdiyim insanın səhvi axtarışındayam. O insan haqqında nə qədər oxusam da, araşdırsam da, heç bir səhv addımına rast gələ bilmirəm. Bu araşdırmaların səbəbi odur ki, birdən o insanı o qədər yaxşı təsəvvür edərəm ki, pis əməllərini görmərəm. Bir pis əməlini, səhv addımını görməyincə də, əsəbləşirəm. Sonra öz-özümə gülüb deyirəm ki, sən niyə əsəbləşirsən, onun səhvinin olmamasında sən ki günahkar deyilsən. Məncə əsl idealogiya budur. Nə qədər inandığın, güvəndiyin bir insan olsa da, daima onun səhvi axtarışında olmalısan.Belə olduğu təqdirdə insanın vicdanı da rahat olur. Sən əmin olursan ki, özünü aldatmırsan.

Orxan Valehli

скачать dle 12.1