Müflis vətəndaşlar və banklardan milyonlar qazanan Əliyevlər.

14-02-2022, 14:43
2 119
Müflis vətəndaşlar və banklardan milyonlar qazanan Əliyevlər.

Müflis vətəndaşlar və banklardan milyonlar qazanan Əliyevlər.Ölkədə cəmi 3 bank dollar satır, “Kapital Bank”, “Naxçıvanbank”, “PAŞA Bank”. Xalqın bədbəxtliyi ilə varlanan Əliyevlər ailəsi. Azərbaycan xalqı tolerant xalqdır, əkinçi, fəhlə, hambal, iş adamları bu Əliyevlər nəslini bəsləyir. Azərbaycanda törədilən bütün cinayətlərin arxasında bu cinayətkar ailə dayanır.

Bir atalar sözü var, başqasının dərdində xoşbəxtlik yoxdur! Əliyevlər ailəsi Azərbaycanda ilk iri bankların kredit faizləri hesabına varlanıb. Bunlar Paşa Bank, Kapital Bank, Express Bank, Azərbaycan Sənaye Bankı, Xalq Bankı, Silkway Bank, VTB Bank, ATA Bankdır. 9,6 milyon nəfər əhalisi olan Azərbaycanda 2,3 milyon nəfərin (fiziki şəxslərin) banklara borcu var İl ərzində borcalanların sayı 17,7 faiz artıb, borcalanlar artdıqca banklar da qazancları böyüyür.

Müxtəlif ölkələrin araşdırmaçı jurnalistləri və bank ekspertləri kreditlərdən əldə olunan gəlirin bir hissəsininƏliyevlər ailəsinə məxsus olduğunu hesablayıblar.

Fevralın 21-də Azərbaycanda manatın 33,5 faiz devalvasiyasından sonra kredit götürənlərin köhnə məzənnə ilə krediti necə qaytarması ilə bağlı mübahisə yaranıb.

Bu mübahisə Azərbaycan Konstitusiya Məhkəməsinə qədər gedib çıxıb. Hüquqşünaslar və bank ekspertləri Konstitusiya Məhkəməsinin vətəndaşların xeyrinə qərar verəcəyini gözləyirdilər. Çünki bunu Azərbaycanın Konstitusiyası və qanunları tələb edir. Amma gözlənilənlərin əksinə olaraq məhkəmə vətəndaşların yox, bankların xeyrinə qərar çıxarıb. Söhbət təxminən 2 milyard dollarlıq fərq idi. Bu qərardan sonra vətəndaşlar 1 dollar 0,78 manata bərabər olan zaman götürdükləri kreditə görə 1,05 manat, yəni 33,5 faiz çox ödəməli olublar.

Zərifə Acalova

скачать dle 12.1