Vitse-prezidenti ərindən fərqləndirən xüsusi bir bacarıq.

14-02-2022, 10:43
1 510
Vitse-prezidenti ərindən fərqləndirən xüsusi bir bacarıq.

Rüşvətlə alınan medal və titullar.

Mehriban Əliyeva yaxşı bacardığı moda işinin arxasınca getsəydi, dünyada bu sahənin ikonu ola bilərdimi? Ola bilərdi, amma onun iddiaları daha böyükdür. O, ölkənin xəzinəsini təkcə öz bahalı qarderobuna və plastik əməliyyatlarına xərcləməklə kifayətlənmir, həm də israfçılıqla böyük siyasi ambisiyalarına xərcləyir. Siyasi karyerist Əliyeva həm də orden-medal və titul dəlisidir. Bu gedişlə, o, dünyanın ən bahalı orden-medal kolleksioneri də ola bilər.  Bu dövlətlər ordenləri manken xanıma hansı xidmətləri sayəsində verib, sizcə? Sualın cavabını Heydər Əliyev Fondunun xarici ölkələrə səpdiyi milyardlarda, lobbiçilik adı altında xəzindən oğurlanan rüşvət pullarında, “kürü diplomatiyası” işində tapa bilərsiniz. Bu hələ üzə çıxanlardır, gizli sövdələşmələrə gedən milyardları bir Əliyevlər bilir, bir də sövdələşdikləri fırıldaqçılar. Əliyeva siyasi karyerası üçün xalqın iradəsini ayağının altına qoyan o qadındır ki, YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri adlarını belə rüşvətlə alıb. “Kürü diplomatiyası” biabırçılığının içindən YUNESKO-nun rəhbəri İrina Bokovanın adı da çıxmadımı? Onun həyat yoldaşının gizli hesablarına oğurluq köçürmələr getdiyi sənədli-sübutlu ifşa olunmadımı?

Azərbaycan xalqının qanından-canından çıxan bu pullar hansı məqsədlə xərclənib, sizcə? Bəli, qadın hiyləgərliyi ilə “xeyirxahlığı satın alaraq” Əliyevlər hakimiyyətini uzatmaq üçün. Artıq Əliyevlərin bu hiyləgərlikləri dünyada ifşa olunub.

Zərifə Acalova

скачать dle 12.1