Bu yolla Qarabağ münaqişəsi bitməyəcək

14-09-2023, 19:39
199
Bu yolla Qarabağ münaqişəsi bitməyəcək

İlham Hüseyn

Hökumətin, hökumətə sözçülük edənlərin Qarabağla bağlı proqnozları, analizləri, izahatları ikrah doğurur. Cəbhədə nə başverməsindən asılı olmayaraq bir qrup “ekspert”, “jurnalist” eyni nəğməni oxuyur. Proqramlar, rəylər, informasiyalar yaltaqlıq saçır, süni vətənpərvərlik qoxuyur. Hansıki, ortada yekə bir fakt var və bu faktın adı RUSİYA-dır. 30 il torpağımızı işğalda saxlayan, 30 ildən sonra ərazibütövlüyünü təmin etməyə imkan verməyən Rusiya. Və təbii ki, Rusiyanın maraqlarına təzim edən, dövlət maraqlarını şəxsi maraqlar səviyyəsinə endirən hökumət. Günlərdi “Ağdam-Xankəndi yolu”, “Laçın dəhlizi”, “humanitar yük” sözlərini eşitməkdən qulağımız yağır olub. 14 gündür Azərbaycanın yük maşınları gözləmədədir, amma Rusiyanın yük maşınlarına 2 günlük fasilədən sonra “yaşıl işıq” yandırıldı. “Müttəfiq”imiz hər fütsətdə göstərir ki, buranın sahibi mənəm. Əllərindən gələni etdilər ki, sülh sazişi reallaşmasın. Zaxarovanın açıqlamasının, Putinin Vladivosdokdakı bugünkü çıxışının siyasi dildən tərcüməsi budur ki, Ermənistan hökuməti Rusiyaya təzim etsə, Qarabağ məsələsində Rusiyanın hədiyyələri bol olar.
Qərblə etibarlı, ardıcıl, prinsipial əməkdaşlıq yoxdursa, Rusiyadan “müttəfiq” deyib yapışmışıqsa, demokratiyadan qaçışı idarəçilik fəlsəfəsi hesab ediriksə, Qarabağ münaqişəsi bitməyəcək. Münaqişənin bitməsi üçün rəsmi Bakının siyasi xarakteri dəyişməlidir, avtoritarizm libasını soyunmaq lazımdır. Yalançı vətənpərvərlik, həqiqi təəssübkeşliklə əvəzlənməlidir. Dəmir yumruq təbliğatını dayandırıb, diplomatiyada dəmir iradə nümayiş etdirmək gərəkdir.

скачать dle 12.1