Avropa Parlamenti Azərbaycandakı repressiyaları müzakirəyə çıxarır

9-09-2015, 09:59
0
Avropa Parlamenti Azərbaycandakı repressiyaları müzakirəyə çıxarır

Sabah Brüsseldə qətnamənin qəbulu nəzərdə tutulub

Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiya (ALDE qrup) parlamentin sabah keçiriləcək sessiyasında Azərbaycandakı repressiyalarla bağlı qətnamə layihəsi təqdim edəcək. Bu barədəFraksiyanın Niderlanddan olan üzvü Mariette Şake “Twitter” hesabında məlumat yayıb.

Avropa Parlamenti təcili qaydada Azərbaycanda insan hüquqlarının vəzifətilə bağlı qətnaməlayihəsini müzakirə edəcək və səsvermə keçiriləcək. Qətnamə layihəsini ALDE qrup təqdim edəcək”, – deyə Avropa Parlamentinin deputatı qeyd edib.

 Xatırladaq ki, bu fraksiyasının üzvləri bugünlərdə Azərbaycanda hakimiyyəti tənqid edən şəxslərin barəsində çıxarılan hökmləri pisləyərək, Avropa Ittifaqını bu ölkədəki repressiyalarlaəlaqədar tədbir görməyə çağırmışdı. Fraksiya “Avropa İttifaqı Azərbaycanda tənqidçi səslərin həbsxanaya salınması ilə əlaqədar təcili tədbir görməlidir” başlığıyla bəyanat yaymışdı.

Qeyd edək ki, Avropa Parlamentinin vitse-prezidenti, Azərbaycan üzrə məruzəçi Anneli Jaatenmaki də bu fraksiyanın üzvüdür.

azadliq.info

скачать dle 12.1
Xəbər lenti