Gənclər təzyiqlərə məruz qalır

7-01-2013, 17:35
4 050
Gənclər təzyiqlərə məruz qalır

Keçən il oktyabrın 20-də və dekabrın 9-da Fəvvarələr bağında keçirilən icazəsiz aksiyada iştiraka görə ADP-çi gənclər  təzyiqlərə məruz qalır. 

Bu aksiyalarda fəal iştiraka görə Azər Sadıxov, Osman Əhmədov, Orxan Babayev , Turan Alıyev və Hafiz Fərhədov polisin amansız rəftarı ilə  üzləşib, ciddi bədən xəsarəti allblar.

Gənc fəal Azər Sadıxov aksiyadan sonra da ADP-çi gənclərə iqtidar tərəfindən təqib  və təzyiq davam etdiyini bildirib.Gənclərdən polis idarəsinə gəlmələri tələb edilir, naməlum şəxslərin telefon hədələrinə məruz qalırlar. 

Aksiyadan bir neçə gün sonra Orxan Babayev icazəsız aksiyada iştiraka görə işlədiyi şirkətdən çıxarılıb. İqtidarın ADP-çi və başqa müxalifətçi gənclərin təqib etməsində  əsas  məqsəd gəncləri mübarizədən çəkindirərək kütləni itaətdə saxlamaqdır. Buna baxmayaraq, gənclər tutduqları yoldan imtina etməyərək rejimə qarşı mübarizəni davam etdirəcəklərini bildiriblər.

скачать dle 12.1
Xəbər lenti