Avqust ayında yoxa çıxan AXCP fəalının həbs olunduğu bildirilir

27-10-2023, 13:47
59
Avqust ayında yoxa çıxan AXCP fəalının həbs olunduğu bildirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin həbs olunduğu bildirilir.

Bu barədə Turan-a partiyadan məlumat veriblər.

AXCP bildirir ki, fəal avqust ayının sonunda həbs olunub, amma bu barədə xəbəri yalnız dünən partiya yoldaşlarına çatdıra bilib.

“İki aya yaxındır ki, ondan xəbər yox idi. Partiya yoldaşları əlaqə nömrələrinə zəng etsələr də, heç bir məlumat ala bilmirdilər.

Dünən bir nəfər zəng vurub deyib ki, Elbəyi Kərimli 1 saylı Bakı İstintaq Təcridxanada saxlanılır”.

AXCP-nin məlumatında deyilir ki, Elbəyi Kərimli Baytaxt Bakıda Heydər Əliyevin heykəlini yazıb video çəkən zaman saxlanılıb və narkotik ittihamı ilə həbs olunub.

“Hazırda vəkillə müqavilə bağlayırıq. Vəkilin Elbəyi bəylə görüşəndən sonra ətraflı məlumatı biləcəyik”, deyə AXCP-dən qeyd edirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.скачать dle 12.1
Xəbər lenti