S-300-lərin İrana daşınmasına başlanılıb

3-12-2015, 16:05
0
S-300-lərin İrana daşınmasına başlanılıb
İrana S-300 zenit raket sistemlərinin daşınmasına başlanılıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə RF prezidentinin hərbi texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bəyan edib.
 
«Müqavilənin icrasına başlanılıb», - deyə o, bu barədə suala cavablandırarkən bildirib.
 
Qeyd edək ki, noyabrın  sonlarında  İranın Suriyadakı səfiri  Mehdi  Sənai  S-300-lərin  Tehrana  veriləcəyi barədə elan etmişdi.
 
«Rostex» («Rosoboroneksport»un tərkibində kompaniya) dövlət korporasiyasının rəhbəri Serqey Çemezov  noyabrın əvvəlində  S-300-lərin İrana daşınması barədə yeni müqavilənin qüvvəyə mindiyini bildirmişdi. Sənəd  RF prezidentinin yaz aylarında Tehrana  zenit raket sistemlərinin satışının qadağasını ləğv etdikdən sonra bağlanmışdı. Bildirilirdi ki, İran  sistemləri  S-300PMU-2 variantında alacaq.
 
Yeri gəlmişkən onu da bildirək ki, İİR-in müdafiə naziri general Hüseyn Dehqan Rusiyanın S-300 zenit raket  kompleksini 2016-cı ilin martın 20-də alacağını bəyan etmişdi.
скачать dle 12.1
Xəbər lenti