Dünyada bir ilk: Sərnişini olan pilotsuz təyyarə hazırlanıb FOTO-VİDEO

8-01-2016, 17:22
0
Dünyada bir ilk: Sərnişini olan pilotsuz təyyarə hazırlanıb FOTO-VİDEO
Çinin  Ehang pilotsuz təyyarə istehsalçısı  sərnişin yeri olan ilk radioidarəli təyyarənin protipini yaradıb.
 
Pilot ancaq  uçuş nöqtəsini təyin etməlidir. Bundan sonra o, sərnişinə çevrilir. İdarəetmə pultunda cəmi iki düymə var: uçuş və eniş.
 
 
Model  vertikal uçuş-eniş imkanlarına malikdir və saatda 100 km sürət yığa bilər.  Batareyalar 23 dəqiqəlik uçuş vaxtı üçün nəzərdə tutulub. Model cəmi  200 kq-dır, uzunluğu 5,5 m.-dir, ancaq 1,5-nə kimi  yığıla bilir, beləliklə, adi parkinq yerində eniş edə bilər.
 
 
İstifadəçilər təhlükəsizlik məsələlərinə də diqqət yetiriblər: bir neçə rezerv batareyalar quraşdırılıb, ilk nasazlıqda isə proqramm avtomatik  təyyarəni endirəcək.
 
 
Hazırda kompaniya  ÇXR dövlət orqanları ilə seriyalı istehsal məsələlərini müzakirə edir. Bundan əlavə mühəndislər təhlükəsizliyi qorumaq şərtilə modeli ucuzlaşdırmaq barədə düşünürlər.
скачать dle 12.1
Xəbər lenti