İsrail Qəzzada quru əməliyyatını gücləndirir

31-10-2023, 16:20
92
İsrail Qəzzada quru əməliyyatını gücləndirir
Oktyabrın 30-na keçən gecə İsrail Qəzzada quru əməliyyatlarını davam etdirib, binalarda və tunellərdə barrikadalar quran onlarla HƏMAS silahlısı öldürülüb. Məlumatı İsrailin Müdafiə Qüvvələri (İMQ) bu gün – oktyabrın 30-da yayıb.
İMQ son bir neçə gündə 600-dən artıq “terror” hədəflərinin vurulduğunu bildirib. Buraya silah depoları, onlarla tank əleyhinə raketburaxma mövqeləri, eləcə də HƏMAS-ın istifadə etdiyi gizli sığınacaqlar və platsdarmlar daxildir.

“İkinci mərhələ”

İsrail ötən həftə HƏMAS-a qarşı müharibənin ikinci mərhələsinin başlandığını bildirib. Bazar günü – oktyabrın 29-da isə Qəzzaya quru əməliyyatının intensivləşdiyi açıqlanıb. Bundan öncə HƏMAS-ın nəzarət etdiyi ərazilər həftələrlə havadan zərbələrə məruz qalıb.скачать dle 12.1
Xəbər lenti