Bundestaqa “sağ ol” deyən tapıldı

6-08-2015, 04:46
0
Bundestaqa “sağ ol” deyən tapıldı

Ermənistandan qaçqın olan bir nəfərlə yol gəldim. Mənzil başınacan çox şeydən danışdıq və söhbət Qarabağın üzərinəgəldi. Kim deyirsə azərbaycanlılar Qarabağı unudub, səhv edir. Qarabağı unudan Azərbaycan xalqı yox, onun bu xalqıəzməkdən çəkinməyən hakimiyyətidir. Qarabağ söhbəti bunlara yalnız sərf eləməyən başqa mövzuları qapatmaq, “Bizim Qarabağ boyda dərdimiz var” söyləyib həqiqəti diləgətirənləri susdurmağa gərəkdir.

Həmsöhbətim Qarabağdan o qədər yanğı ilə danışdı ki, bütün dünyanı, Amerikanı, Avropanı söydü. Hətta Bundestaqı da. Qarabağa görə, Qarabağdakı işğalı diləgətirmədiklərinə görə. Soruşdum ki, bəs nə əcəb Qarabağdakı separatçıların liderini mükafatlandıran, ermənilərə arxa duran, onları silahlandıran Rusiyanı deyil, Bundestaqı söyür.

- Rusiya aydındır - düşməndir, Qarabağı da onlar alıb verdi ermənilərə. Bəs demokratiyadan dəm vuranlar niyə bu işğal haqda susur?

Onun bu sualından sonra tənbəllik eləmədim, telefonumda Almaniya parlamentinin Azərbaycanla bağlı məlum qətnaməsini əks etdirən yazını tapıb bu qardaşa oxumağa başladım. Qətnamənin aşağıdakı cümlələrini oxuyanda onun sifəti dəyişdi və sakitcədinləməyə başladı:

Ölkənin Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşmüş 586 min məcburi köçkünü var. Belə ki, Azərbaycan torpaqlarının bir hissəsi 1993-cü ildən bəri Ermənistanın işğalı altındadır. Üstəlik, 250 min azərbaycanlı Ermənistandan qaçqın düşüb”.

Bundan sonra heç bir analitik çözüm axtarmadıq, heç bir dramatik müzakirə açmadıq. Həmsöhbətim dedi:

Əgər belədirsə, onda Bundestaq sağ olsun!

Daha fürsətcillik edib demədim ki, söydüyün Amerikanın ATƏT-in Minsk qrupundakı səfiri Ceyms Uorlik yaxın günlərdə bu cümləni ağzından çıxardı: “Işğal edilmiş torpaqlar Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

Ümumiyyətlə, son illərdə 250 min azərbaycanlının Ermənistandan qaçqın düşməsini yada salan vardımı Bundestaqa qədər? Bizimkilər özləri söhbətin aktual olduğu dövrdəqaçqınların sayını 200 min deyirdi. Bəli, Bundestaq Azərbaycandakı haqsızlığı, korrupsiyanı, seçki saxtakarlığını, repressiyaları da dilə gətirib. Gətirməsin? Ermənilərin azərbaycanlılara zülmünü deyib, azərbaycanlıların azərbaycanlılara zülmünü söyləməsinlər? Adama sual verərlər ki, erməni düşməndir deyə bu zülmü edir, bəs öz azərbaycanlılarınız, özünüz niyə edirsiniz? Niyə öz ölkənizi talayıb ədalətsizlik bataqlığına çevirirsiniz?

скачать dle 12.1