Azərbaycanda sosial-iqtisadi böhran günü-gündən dərinləşir.

26-08-2015, 19:10
0
Azərbaycanda sosial-iqtisadi böhran günü-gündən dərinləşir.

«Yekəxanalıq yeri deyil, müxalifətin zaman-zaman tələb etdiyi iqtisadi islahatlara başlamaq lazımdır»

Azərbaycan çox ciddi sosial-iqtisadi böhrana girir. Yalnız 4 iş günü ərzində Mərkəzi Bankın valyuta rezervlərinin 10 faizdən çoxu getdi (8 milyard 501 milyon 500 min dollardan 893 milyon dolları).

Avqustun 20, 21, 24, 25-də Mərkəzi Bank bankların və əhalinin dollara olan tələbatını ödəmək üçün banklararası valyuta bazarında 893 milyon dollar satıb. Avqustun 21 və 22-dədollar ajiotajında cəmi 2 günə 370 milyon dollar satıldıqdan sonra banklar dollar satışını dayandırmışdı. Onda yazmışdım: “Bankları nə qədər bağlı saxlayacaqsınız? Banklar açılan kimi dünənə qədər dollar yadına düşməyənlər də dollar almağa qaçmayacaq? Ölkədə real islahatlara başlamaq əvəzinə valyuta satışını inzibati qaydada dayandırmaqla, ancaq divar qurtarana qədər gedərsiniz”.

Yazdığım özünü doğrultdu. Budur, banklar açılan kimi bu dəfə iki gün ərzində Mərkəzi Bank 370 də yox, düz 523 milyon dollar əritdi rezervlərini. Növbəti devalvasiya, onun da ardınca bahalaşma, işsizliyin artması daha da qaçılmaz oldu. Hakimiyyət başını itirmiş kimi görünür. Ölkənin necə bir ciddi böhrana girdiyini anlamır.

Yekəxanalıq yeri deyil. Müxalifətin zaman-zaman tələb etdiyi iqtisadi islahatlara başlamaq lazımdır. Özünüzün bacardığınız bir şey yoxdur, müxalifəti də eşitmək istəmirsiniz, olsun, heç olmasa, müstəqil iqtisadçı ekspertləri dəvət edib dinləyin. Ölkəni ağır sosial böhrana, onun da nəticəsi kimi sosial partlayışa aparmağa heç bir haqqınız yoxdur".

Emin Rəhimov

скачать dle 12.1