Rejimin Şəki repressiyaları
Xalqa çoxsaylı yamanlıq “xidmətləri” üzündən səksəkəiçində yaşayan Italiya diktatoru Mussolini tez-tez deyərmiş: “Yaşamaq qorxuludur”. Yaşamaq hamı üçün qorxulu olmur. Demokratik liderlər, dövlət başçıları - qanunçuluğa söykənən düz yollu kimsələr qorxu bilməzlər. Despot-diktatorlar, korrupsioner rejim adamları - yolsuzluq yolçuları üçün yaşamaq qorxulu olur - etdikləri çoxsaylı yamanlıqlara görə!
başlanğıcı ötən saylarımızda
Cahangir Hacıyevin cinayətləri üzündən, deyilənə görə, Şəkidə yüzdən artıq adam tutulub. C.Hacıyev bu adamların adına 10 milyon manatlarla (yüz milyondan danışanlar da var) krediti yoxa çıxarıb. Şəkidə mənə verilən bilgiyə görə, tutulanlar arasında o kredit mənimsəmələrinə gerçəkdən ortaq olanlar da var, olmayanlar da. Iş bu olub-olmamaqdan çox hakimiyətin-dövlətin özünün kriminal xarakter daşımağındadır. Korrupsiyaya qarşı mübarizə idarəsi bugünlərdə hesabat yaydı. Bu hesabata görə, Azərbaycanda ən çox korrupsiyalaşmış alanlar bunlardır: aqrar sektor, sağlamlıq, təhsil. Bəs gömrük, vergi, polis, prokurorluq, bütövlükdə məhkəmə-hüquq sistemi? Bunların hamısı başdan ayağadək korrupsiyalaşmış qurumlardır (Korrupsiya idarəsi bir il qabaq Xarici Işlər Nazirliyindəböyük yeyinti-mənimsəmə faktının üstünü açmışdı). Gerçəyə qalsa, 93-dən bu yana ölkədəazman Dövlət korrupsiya piramidası yaradılıb. Bu azman korrupsiya piramidasının başında, hamının gözəl bildiyi kimi, Prezident Administrasiyası durur! Bir fakt: Böyük Britaniya parlamentinə bağlı Vergi qurumunun araşdırmalarına görə, ata-bala Əliyevlər 1993-2010-cu illərdə Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürüblər...
I.Əliyev jurnalistlərlə yubiley görüşündə çevrəsinin onu aldatdığı üçün ölkə gerçəklərini Internetdən öyrəndiyini bildirdi. Çevrəsi prezidenti aldadır, prezident də xalqı. Prezidentəbaxın: polisə, KQB-yə, dövlət büdcəsindən ildə milyonlarla manat pul ayırır, sonra da ölkəgerçəklərini Internetdən öyrənir! Sonra da gedir Avropa Oyunları, Formula bir, nə bilim, daha hansı oyunlar oynamağa, keçirməyə. Saakaşvili - dünənki uşaq - Gürcüstan kimi başıpozuq, rüşvətə-korrupsiyaya bulaşmış ölkəni bir neçə ilin içində QANUNÇULUQ ölkəsinə çevirdi. Əliyevlər 45 ildir Azərbaycanda rüşvətxorluqla, korrupsiya ilə “mübarizə” yalanları içində rüşvətxorluğu, korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ dönüşdürürlər. Satqın jurnalistikanı ödülləndirən, satılmaz jurnalistikaya yağı yanaşması sərgiləyən prezident gərəkən reformalara başlamaq üçün mediadan yardım umduğunu bildirir. Uzun illər sevərək bəslədiyin korrupsiya komandası ilə reforma aparmaq! Absurd deyilmi?! Bu sayaq çıxışlar prezidentin özünə “mən yaxşıyam, çevrəm pisdir” baxışı yaratması üçündür.
Saakaşvili Gürcüstandan rüşvəti yığışdırmaq faktına belə aydınlıq gətirmişdi: “Özüm rüşvət almadım”. Qısa, konkret. I.Əliyev vətəndaşları “fəal olmağa”, rüşvət-korrupsiya faktları ilə “mübarizə” aparmağa çağırır. Bu, xalqı ələ salmaqdır. Sə<span style=