Rusların Almanlar üzərində qələbəsi, 71 il sonra.

12-05-2016, 02:37
0
Rusların Almanlar üzərində qələbəsi, 71 il sonra.

 

Bu il SSRI adı altında  gizlənən Rusiya  İmperiyasının Almaniya üzərində qələbəsinin 71 illiyi qeyd  edildi. 1945 ci  ildən bu yana dünyanın siyasi  xəritəsində dəyişiklər, Rusiya Fedarativ Respublikası adı  altında gizlənən Rusiya  imperiyasının xeyrinə olmayıb, 1943-cü ildə cəbhədə böyük  üstünlük qazanan SSRİ-nin hərəkətləri  artıq müttəfiqləri narahat  edirdi. Eyni  zamanda  Almaniyanın sonrakı taleyidə  artıq  müttəfiqləri ciddi düşündürür və SSRİ-nın   üstün mövqeyi yerlərdə kommunizim ideyaları ilə qidalanan Moskvaya xidmət edən insanların hakimiyyət başına gətirməklə həmin ölkələri SSRİ-dən aslı vəziyyətə salırdı. Bu işğalçı siyasət 1961-ci ildə Albanıya Xalq Resublikası ilə SSRİ-i arsında gərdin münasibətlər yaratdı,1968-ci ildə  Çexoslavakiyada Praqa baharı adı altında rus qoşunlarına qarşı böyük etiraz aksiyası baş tutdu. Bütün bunlar haqqında  dəfələrlə danışılıb  və  haqqında qalaq-qalaq  kitablar, saysız  məqələlər  yazılıb. Amma həm o dövürdə  həmdə  indiki dövürdə, Azərbaycan höküməti  SSRİ  və onun varisi  olan Rusiyadan çəkinərək Azərbaycanın cəbhəyə  köməkliyin vurğulaya  bilmirdı. Həmin dövür  Belarus  , Ukrayna ,Moldaviya , Rusiaynin qara-torpaq əraziləri  döyüş meydanına çevrildiyindən ölkədə taxıl problemi  yaranmışdı. Belə  vəziyyətdə  Azərbaycan nəinki  neft, silah hətta ölkənin taxıla olan ehtiyacının bəlli bir  qismini  veriridi. Xüsusən Azərbaycan neftinin sayəsində, Almaniya üzərində qələbə haqqında rus mətbuatında eləcədə sovet ədəbiyyatında demək olar ki, məlumat yox dərəcəsindədir. Bakıda zəhmətkeşlərin neçə əzimlə silah, neft məhsulları , ərzaq və qeyim ilə qırmızı ordunu təmin etməsi fonunda Bakıya qəhrəman şəhər statusu verilməməsi ,cənubi  Azərbaycan  Culfasından keçməklə müttəfiqlərin   SSRİ-yə  silah yardımı  göndərməsi tarixin bilinməyən səhifələrində qalmaqdadır.

 

 

Məqami  gəlmişkən deyim ki, indi ümümi  milli lider nə  bilim xilaskar, Azərbaycanı  qurtarn adam kimi  xalqa  sırılan Heydər  Əliyev həmin dövür  cəbhədə olmaqdan Naxçıvanda  hərbi orkestirdə  başını  girələyirmiş.  Azərbaycandan həmin dövür  üçün , çoxlu  insanların Sovet İttifaqi  və sosialit əməyi qəhrəmanı adı qazandığı  yazılıb amma nədənsə  H.Əliyevin Naxsıvanda,  orkestirdə gün keçirməsini  heç kim dilinə qətirməyib. Hırçənd ki, həmin dövurdə NKB-də  işləyənləridə  orduya  cəlb edir  hətta ön cəbhələrdə  döyüşlərə  göndərirdilər.

 

Azərbaycanın indiki höküməti SSRİ-nin varisi olan Rusiyadan   Bakıya qəhrəman şəhər  adının verilməsini  tələb etməyə  nə inki qorxur,  hətta   belə ciddi  maraqında  deyil, ermənilər  və  ya  gürcülər olsaydılar  artıq  çoxdan  ciddi məsələ  qaldırıb tələb etmişdilər.

 

Əgər   Rusiya  bu  işdə  maraqlı  deyilsə onda Azərbaycan Almaniya  tərəfinə  keçən legionlerlirin düzgün mövgeydə olmasını elan etməlidir. Amma YAP hakimiyyəti biyabırçasına  artıq iki ildir Moskvada keçirilən hərbi paradda ordu hissələri göndərir və rus ordusu ilə həmrəylik nümayış etdirirlər. O rus ordusunun 40 –ci  ordusu 20 yanvar 1990-ci ildə dinc əhalini  Bakıda qanına qəltan elədi və o rus ordusunun 366-ci moto atıcı alayı 26 fevralda ermənilərə kömək elədi ki, Xocalı soy qırımını  törətdi.

 

Pribaltika, Ukrayna hətta Ermenistan belə Alman ordularına qoşulub SSRİ-yə qarşı vuruşan legionerlerin uca tutur. Hər il Avropanın keçmiş sosialist düşərgəsindəki ölkələr, Pribaltika respublikaları , Ukrayna  9 mayda SSRİ-yə qarşı  vuruşan legionerlərın yad edir. Ermənistan 100 dramı legioner generalı  Qaragen Nijdin şərəfinə buraxmaqla Almanıyaya böyük jest edib.Amma Qarabağ münaqişəsində Azərbaycanı açıq dəstəkləyən Almanıyaya münasibətdə  Azərbaycanın belə hərəkətlərin görmək olmur.

 

Bu yaxınlarda Mədəniyyət və Turizim Nazirliyinin sifarişi ilə Əlmərdan bəy Topçubaşovun 150 illiyinə həsr olunmuş səndli filimdə epizodik olaraq əsfanəvi legionlerlərimizdən və xüsusən Dübəndinskinin həyatından  söz açılma qənaət bəxş hesb edilə bilərmi?

 

Bu insanların arzu edib uğrunda mübarizə aparıb həlak oldugları  müstəqil Azərbaycan 1993-cu ildən sonra yenədə Rusiyanın vassalığına girdi.Son dəfə cəbhədə baş verən toqquşmalarda onu göstərdi ki, Bakıya göstərişi yenədə Moskva  verir.

 

Cəmil Hacıyev

скачать dle 12.1