Əliyevlərin yarıtmaz rəhbərliyi...

1-06-2021, 14:07
1 844
Əliyevlərin yarıtmaz rəhbərliyi...

Bu hakimiyyət təkcə yarıtmaz, oğru və yalançı deyil, həm də olduqca abırsızdır.

Belə utanmaz adamlara dünyanın heç bir yerində rast gələ bilməzsiniz. İndiyə qədər insanlığa yaraşmayan hər cür pislikdə adaları çıxmışdır hər yerdə rüsvay etməyi bacarmışdılar. Hakimiyyət başını əməlli-başlı itirib və diplomatik korpuslarla açıq şantaj yoluna keçib. Rəzalət!!!

Bir yandan da olan-qalan ağıllarını itiriblər, anlaqsız şəkildə daşı kimə, hara necə gəldi tolazlayırlar.  Bunların etdikləri isə dünyada bənzəri az-az görünən rüsvayçılıq və rəzillikdir. Müxalifətə qarşı işgəncəyə ABŞ və Avropa Birliyindən sərt reaksiya gələcəyindən qorxan Azərbaycan hakimiyyəti bu yolla ABŞ və Avropa Birliyini şantaj edir!”

Bəli, məsələnin kökündə məhz şantaj durur. Bunlar hakimiyyətlərini uzatmaq üçün hər cür dövlət maraqlarını satmağa hazırdırlar.  Deyən gərək, kimi nəylə şantaj edirsiniz, ay yelbeyinlər? 

Görünür, vitse-prezident Mehriban Əliyeva ölkənin pullarını kisə-kisə daşıyıb xarici ölkələrdə muzey, məktəb, kilsə təmirinə tökməsi də boşuna deyilmiş. Xanım Əliyevanın təkcə Fransadakı abidələrə xərclədiyi milyonlarla Azərbaycandakı bütün məktəbləri təmir etmək olardı, bəlkə də. Amma bütün bunlar humanistlik yox, hiyləgər xanımın lobbiçilik məqsədlərini, öz niyyətlərini həyata keçirmək planları imiş. Çox dayaz düşüncəylə tutulan işdir, eləmi? Bunların düşüncə tərzi hələ də anlamağa imkan vermir ki, Avropa sizin üçün Prezident Administrasiyası deyil, istədiyiniz zaman şantaj edib, barmaq silkələyəsiniz. Dünyanın yüz illərdir sınaqdan keçmiş qayda-qanunları var. Şantajla birini susdurarsan, beşi qarşıdan çıxıb sənə qırmızı kart göstərər. Bax, o qırımızı kartı göstərməyin vaxtı çoxdan çatıb. Bu hakimiyyətin yuxarı eşelonundakılara sanksiya tətbiq edilməsə, bunlar düzələn deyil. Necə deyərlər, ilan ulduz görməsə ölməz.

Zərifə Acalova

скачать dle 12.1