Bu insan artıq xalqın nifrətini qazanıb.

4-04-2022, 12:59
18
Bu insan artıq xalqın nifrətini qazanıb.

Prezidentlərin nəyə görə diktator olması ilə bağlı çoxlu fikirlər var. Bəzi insanlar belə prezidentləri dahi , bəziləri cinayətkar, bir qism isə onları ruhi xəstə hesab edir. Bu fikirlərin hər biri ilə razılaşmaq olar. Ancaq bu insanları birləşdirən ortaq cəhət amansızlıq və “taxt-tacdan” bərk-bərk yapışmaqları olub.

Buna bir misal kimi İlham Əliyevidə göstərmək olar. Bu insan artıq xalqın nifrətini qazanıb. Bunu hamıdan yaxşı onun özü bilir. Ona görə işdən evə, evdən də işə gedəndə minlərlə polis işçiləri yollarda, minlərlə insan da rollarda əsəb xəstəliyinə tutulur.

O bu xalqın səsini artıq çoxdan eşitmir. Onun talançı və monopolist bir komandası var. Həmin komanda bu xalqın anasını ağlatmaqla məşğuldur. Bu xalqın evini başına uçururlar, çırağını söndürürlər, qarşılığında heç bir kompensasiya vermirlər. Bu xalqın udmağa havasını tozla əvəzləyiblər. İllərdir bu ölkə toz-torpağın, palçığın içindədir. Bu xalqın qida təhlükəsizliyi yox, ölüm faizi artmaqda, ölümlər isə gəncləşməkdə davam edir.

Belə bir halda İlham Əliyev xalqın qəzəbinə tuş gəlməsin, nə etsin? Sən xalqı tapdayacaqsan, əzəcəsən xalq isə bunu sənə bağışlayacaq? Əlbətdə xeyr! Gün gələcək sən və sənin cinayətkar komandanın sonunu görmək sevinci xalqa nəsib olacaq… Bütün etdiyiniz cinayətlərə görə xalqın qarşısında cavab verəcəksiz!

Zərifə Acalovaскачать dle 12.1