Əliyevin qaçmaqdan başqa yolu qalmayacaq.

30-06-2022, 19:15
28
Əliyevin qaçmaqdan başqa yolu qalmayacaq.

Azərbaycanda artıq sosial partlayışın yaranması üçün bütün amillər var. Bu amillərin səbəbkarı də təbii ki, vətəndaşların etirazını dilə gətirmək və haqqını tələb etmək üçün bütün legitim yolları bağlayan, vətəndaşlar üzərində ciddi şəkildə basqı qurmaqla bərabər vətəndaşların bütün haqlarını tapdalayıb, itirməyə heç nəyi qalmayan kütləni yaradan hakimiyyətdir. Ancaq sosial partlayış bir çox şeyin sıradan çıxması və ölkədə böyük bir xaosun yaranması deməkdir. Bu xaos vəziyyətində də ən təhlükəli kütlə elə yuxarıda bəhs etdiyim, itirməyə heç bir şeyi qalmamaqla yanaşı mütəşəkkil olmayan kütlədir ki, bu kütlənin də idarə olunması çox çətindir.

 

Adətən bu günə qədər hər hansı bir ölkədə baş vermiş sosial partlayışlarda qazanan ya oliqarxlar olur, ya da mütəşəkkil qüvvələr başa keçir. Məsələn Misirdə sosial partlayış oldu və hakimiyyətə qısa müddətli olaraq başqa bir qüvvə keçdi. Lakin nə xalq, nə də ki, hakimiyyətə gələn yeni qüvvə mütəşəkkil olmadığı üçün mütəşəkkil bir quruluş olan ordu hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdi.
 
Bizim yaxın keçmiş tariximizə bir nəzər salsaq görərik ki, bizdə də hadisələr eyni şəkildə cərəyan edib. SSRİ-də baş verən sosial partlayış sonrası Azərbaycanda hakimiyyətə xalqı arxasına alan Xalq Cəbhəsi keçdi. Ardınca artıq bir qədər təşkilatlanmış silahlı qüvvələrə malik Sürət Hüseynov və başqaları hakimiyyət üstündə ciddi təzyiqlər yaratmağa başladı. Sonra isə Gəncədə baş verən hərbi üsyan ilə başlayan hakimiyyət dəyişikliyi və bu günə qədər uzanan Əliyevlər rejimi. Türkiyənin yaxın keçmiş tarixindəki hərbi çevrilişlərə nəzər salsaq orda da eyni ssenarini görəcəyik.
 
Yuxarıda da qeyd etdiyim kimi ölkələrdə sosial partlayışlar ona görə baş verir ki, o ölkələrdə insanların itirməyə heç bir şeyi qalmayıb. Hakimiyyət qorxur, ancaq tmütəşəkkil və narazı kütlədən qorxduğu qədər heç nədən qorxmur. Buna görə də hakimiyyət xalqın təşkilatlanmasına qarşı əlindən gələn bütün qanunsuz yollara əl atır. Sözlərini demək istəyən insanlara hədə qorxu gəlməklə, fəalları qondarma səbəblərlə zindanlara atıb “zərərsizləşdirməklə" və digər bu kimi addımlarla. Amma bunu 1 nəfərə, 5 nəfərə, 10 nəfərə, 100 nəfərə qarşı etmək olar. Saylar minlərə, on minlərə, yüz minlərə çatanda qumarbaz, oğru və cəllad İlham Əliyevin və onun ailəsinin, onların yaxınlarında olan qul beçələrinin, şəxsi təyyarələrinə minib öz dost rejimləri olan ölkələrə qaçmaqdan başqa yolları qalmayacaq.
Zərifə Acalova
скачать dle 12.1