Müharibəyə qayıtmamaq üçün özünə saxta ölüm arayışı aldı

25-11-2023, 20:43
165
Müharibəyə qayıtmamaq üçün özünə saxta ölüm arayışı aldı
Səfərbərliyə alınmış Buryatiya sakini Zoriqto Arabjayev Ukrayna müharibəsinə qayıtmamaq üçün öz “ölümü” barədə saxta arayış alıb.
O ifşa olunub və məhkəmə səfərbəri fərariliyə görə 5 il müddətinə azadlıqdan məhrum edib.
Arabjayevi 2022-ci ilin noyabrında səfərbərliyə almışdılar. O ötən yazda məzuniyyətə gəlib, amma bundan sonra xidmət etdiyi hərbi hissəyə qayıtmayıb.
Xəbər verilir ki, hərbçilər onun evinə gələndə Arabjayevin oğlu onlara atasının ölümü haqqında arayışı göstərib.
Sonradan sənədin saxta olduğu müəyyən edilib və Arabjayev mayın 4-də saxlanıb.скачать dle 12.1
Xəbər lenti