Ermənistan Rusiya diplomatlarını da qovacaq

10-09-2023, 10:15
311
Ermənistan Rusiya diplomatlarını da qovacaq

Rusiyadan İrəvana  yönəlik hədələr getdikcə artmaqdadır- Ermənistan Qərblə flört edir... 

 

 Gərginləşən Rusiya-Ermənistan mövzusu hər iki ölkənin mediasında gündəmin əsas mövzu olaraq qalır. Musavat.com xəbər verir ki, erməni mediası çəkincəklərini saxlasalar da, Rusiyada Ermənistana yönəlik hədələr getdikcə artmaqdadır.  Doğrudur, bu hələ ki, rəsmi şəxslər deyil, politoloq və siyasi ekspertlər səviyyəsindədir, amma görünən odur ki, bu hədə-qorxu tezislər bir mərkəzdən- böyük ehtimalla Rusiya XİN-dən ötürülür. Bu tezislərdə əsasən İrəvanın  bilərəkdən Rusiya Federasiyasından uzaqlaşmağa başladığı vurğulanır, Ermənistanın Qərblə flört etdiyi vurğulanır.

Politoloq Artur Atayevin hesab edir ki,  ABŞ Ermənistanın köməyi ilə Rusiyanın təsir zonasında daha bir münaqişə ocağı yaratmağa çalışır: “ABŞ siyasətçilərinin bəyanatlarına əsasən, onların çoxu artıq Ukraynadakı siyasətlərinin uğursuzluğunu etiraf edir. Onlar Gürcüstanda bizə qarşı “ikinci cəbhə” açmağı planlaşdırırdılar, lakin bu ölkənin rəhbərliyi çox praqmatik oldu. Yəni Qərb Gürcüstanda 2008-ci ildə olduğu kimi Rusiyaya qarşı körpücük yarada bilmədi. Ona görə də ABŞ başda olmaqla Qərb İrəvanın simasında Rusiyaya təzyiq göstərmək üçün üçüncü “təzyiq nöqtəsi” seçdi.

Qərb indi Rusiyayönlü Ermənistanı “anti-Rusiya”ya çevirmək üçün regiona daxil olmaqdır”.  

Təhlilçinin fikrincə, tezliklə elə bir mərhələyə gələ bilər ki, Ermənistanda Rusiya diplomatları qovulsun, hərbi bazaları çıxarılsın. “Lakin bu, yalnız Ermənistanın özünə və onun hakimiyyət orqanlarına böyük ziyanı vuracaq. İndi Ermənistanda anti-Rusiya vəziyyət çox sürətlə yetişir” deyə, Atayev bildirib.

Politoloq onu da qeyd edib ki, Ermənistanın timsalında Qərbin Rusiyanın tərəfdaş ölkəsini  düşmənə çevirmək  mexanizm uğurla işləməkdə davam edir: “Təəssüf ki, bu gün bir sıra postsovet respublikalarına antimilli, qlobalizm yönümlü elitalar rəhbərlik edir. Onların bu ölkələrin xalqlarından tamamilə fərqli məqsədləri və dəyərləri var. Bu elitalar güclü milli dövlət deyil, Rusiyaya qarşı çıxan Qərb “sivilizasiya mərkəzinin” bir hissəsi olmaq istəyirlər. Ermənistanın timsalında biz görürük ki, Qərbin Rusiya Federasiyasının tərəfdaş ölkələrini ölkəmizin düşməninə çevirmək üçün yaratdığı mexanizm uğurla işləməkdə davam edir. Üstəlik, hər gün təkmilləşir: Qərb mütəxəssisləri öz aparıcı universitetlərində və hərbi akademiyalarında gələcək elitalarla işləyirlər. ABŞ və Aİ haqlı olaraq ümid edir ki, zaman keçdikcə bu insanlar öz ölkələrinə rəhbərlik edəcək və onun Qərbə üz tutmasına töhfə verəcəklər. Heç kim postsovet ölkələri xalqlarının özlərinin fikrini nəzərə almayacaq”.

“Rossiya Seqodnya”nın eksperti  Vladimir Kornilovun fikrincə, Ermənistan hakimiyyətinin bütün son addımları onların Qərbin sifarişi ilə Rusiya ilə münasibətləri mümkün qədər korlamaq istəyindən xəbər verir.

“Artıq bir neçə ildir ki, Ermənistan müxtəlif  aktivliklə Rusiyadan uzaqlaşır. Qərbin Moskva ilə İrəvan arasında münasibətləri pozmaq xətti şübhəsiz davam edəcək. Ona görə də bu istiqamətdə uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq”, - Kornilov hesab edir.

Ekspertin fikrincə, Moskva bu gün Qərbin bizə dost olan ölkəni düşmənə çevirməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görür.

скачать dle 12.1
Xəbər lenti