İlana zəhər verən kərtənkələlərin Zəngəzurda sü(lən)rünməsi və hay şarlatanlığının növbəti “nümunə”ləri

31-10-2023, 16:45
165
İlana zəhər verən kərtənkələlərin Zəngəzurda sü(lən)rünməsi və hay şarlatanlığının növbəti “nümunə”ləri
Rəsmi İrəvan Azərbaycana qarşı növbəti sərsəm və heç bir əsası olmayan ittihamlar səsləndirib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün “X” mikrobloqunda yazıb ki, “Qarabağdan Ermənistana məcburi köçürmə zamanı 4 nəfər işgəncəyə məruz qalıb, 64 nəfər ölüb”. Erməni sakinlərin “məcburi” deyil, öz istəkləri ilə Ermənistana getdiyi zaman Azərbaycan tərəfdən dərman, ərzaq məhsulları, yanacaqla təmin olunmasını bütün dünya gördü, amma Ermənistan rəsmiləri yenə də yaramazcasına Bakını suçlayırlar. Belə getsə, Ermənistan ötən əsrdə sətəlcəmdən ölən Vazgenə görə də Azərbaycanı ittiham edəcək. Belə çıxır ki, bundan sonra Qarabağdan getmiş hansısa erməni öləcəksə, bunu da statistikaya əlavə edəcəklər. Əslində elə ermənisayağı hesablamalar bu sayaq aparılır. Necə ki, ermənilərin köçündən sonra yaşı 100-ü keçmiş erməni qadın vəfat edəndən sonra Ermənistan rəsmiləri onun təbii, bioloji ölümündə də “Azərbaycan izi” axtarmağa başlamışdılar. Az qalırlar desinlər filankəs qarğa ömrü yaşayacaqdı, Azərbaycan qoymadı... Ani Badalyanın “işgəncəyə məruz qalanlar” haqda iddiası da absurddur. Laçın yolu ilə üzü Gorusa gedən ermənilər deyildimi “Allah haqqı erməni millət dəyil” - deyənlər?! Kimsə azərbaycanlılardan şikayətləndimi? Yox! Bəs, Ani bu “işgəncə” iddiasını har(asın)dan çıxarır?!
ANİ .png (266 KB)
Hə, bir də... Ermənistanın İstintaq Komitəsi sentyabrın 19-da Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində 3 uşaq olmaqla, 9 mülki şəxsin öldüyünü iddia edib. Ermənilər o qədər saxtakardırlar ki... Xatırlayırsınız, yayda 2 xocavəndli uşaq evdən çıxıb naməlum istiqamətə getmişdilər. Sonra onlar Ağdərədə, bir erməninin avtomobilində ölü vəziyyətdə tapıldı, havasızlıqdan boğulmuşdular. Erməni rəsmilər həyasızcasına iddia etdilər ki, uşaqların ölümünə səbəb... “Azərbaycanın blokadısı”dır. Bu qədər alçaqlıq, həyasızlıq! Naxçıvan Muxtar Respublikasının 350 minlik əhalisi 31 ildir blokadadadır, amma bu günədək Naxçıvanda kiminsə dünyadan köçməsinə görə Ermənistanı günahlandırmamışıq. Baxmayaraq ki, bizim bu barədə faktları təqdim etməyə, Ermənistanı suçlamağa tam əsasımız var. Blokada səbəbindən naxçıvanlıların Bakıda qəbiristanlıqları yaranıb, Zəngəzur dəhlizi qapalı olduğundan, vətəndaşlarımız sərbəst şəkildə quru yolla öz yurdlarına gedə bilmədiyindən dünyasını dəyişən əzizlərini də paytaxtda dəfn etməli olurlar.
Son əməliyyatlarda hətta həqiqətən hansısa mülki erməni ölsəydi belə, Rusiya-Ukrayna, ya İsrail-HƏMAS müharibələrində həlak olan minlərlə dinc sakinlərlə müqayisədə bu rəqəm kimsəni təəccübləndirməzdi. Hansı ki, belə bir fakt mövcud deyil. Ermənilər elə mülki geyimdə Azərbaycana qarşı az döyüşməyiblər 30 il ərzində.
Elə Şahbuz tərəfdən yolu azıb Ermənistana keçən iki əsgərimizə işgəncə verənlər mülki ermənilər deyildimi?
ESİR SON.jpg (80 KB)
İşgəncə kadrlarını çəkib internetdə yaydılar, günün birində həmin “mülki”lər cəzalandırılsa, günahkar Azərbaycanmı olacaq? Hə, erməni yalanının daha bir nümunəsi. Demə, Qarabağdan Ermənistana gedərkən yolda 64 nəfər ölübmüş. Yəqin qara, borana, tufana düşüblər. Yalanın miqyasına və rənginə baxın da... Növbənöv yalanları sıralayırlar.
Ermənilər öz tərəflərində yalan yazmaqla kifayətlənmirlər, Bakıya da burunlarını soxurlar. Budur, keçmiş qondarma rejimin sabiq “müdafiə naziri” Levon Mnatsakanyanın Bakı təcridxanasında “öldüyü” xəbərini yayıblar.
Ehtiyatda olan polkovnik Volodya Ovannisyan da deyib ki, Mnatsakanyan guya müharibədə həyatını itirən Azərbaycan əsgərlərinin yaxınları tərəfindən öldürülüb. Sarsaqlığın dərəcəsinə baxın. Hansı ki, bir müddət əvvəl Mnatsakanyan ailəsi ilə əlaqə saxlamışdı, vəziyyətinin yaxşı olduğunu demişdi. Ən absurd yalanları tirajlayırlar, şərləyirlər. Belələrinin sülh nağılına necə inanmaq olar?
LEVON.jpg (41 KB)
Hələ bir qrup erməni ekspert də “yuxudan ayılıb”, “Alma-Ata Bəyannaməsinin təhrifləri və hüquqi özbaşınalığın nəticələri haqqında” bəyanat yayıblar. Sarsaq ekspertlərin bəyanatındakı sərsəm iddiaya diqqət edin: “Qeyd etmək vacibdir ki, keçmiş ittifaq respublikalarının inzibati sərhədlərinin qeyd olunmaması onunla bağlıdır ki, bu bəyannamə imzalanan vaxta qədər dövlətlərin süqutu nəticəsində artıq müstəqil olmuş bəzi dövlətlərin sərhədləri nə de-fakto, nə de-yure ittifaq respublikalarının inzibati sərhədləri ilə üst-üstə düşürdü. Bəyannamənin mətnində bu sənədləri imzalayan dövlətlərin ərazisini müəyyən edən rəqəmlər yoxdur. Sovet İttifaqı respublikaları arasında mövcud olan inzibati sərhədlərin dövlət sərhədlərinə çevrildiyi bir xətt də yoxdur. Azərbaycan mövcud qanunvericiliyi kobud şəkildə pozaraq, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) olmadan Azərbaycan SSR-in de-fakto və de-yure hüquqi varisliyini rədd edərək SSRİ-ni tərk etdi. Bu, DQMV-yə SSRİ qanunlarına və beynəlxalq hüququn müddəalarına uyğun olaraq müstəqil dövlət qurumu yaratmaqla öz gələcək taleyini müstəqil həll etmək hüququ verdi”.
Daha sonra “Əgər biz Alma-Ata Bəyannaməsinə sadiq qalırıqsa, o zaman nə qondarma “anklavlar”, nə də “DQR”in ərazisi, bəyannaməyə görə, bu sənədi imzalayan Azərbaycan Respublikasının “mövcud sərhədləri” daxilində idi. Əliyev Ermənistanın cənubundakı Sünik bölgəsindən ekstraterritorial “Zəngəzur dəhlizi”ni zorla açmaqla hədələyir və onu “Qərbi Azərbaycan” adlandırır”.
dehlizz.jpg (135 KB)
Dünyanın ayrı-ayrı ölkələrində yaşayan erməni faşistlərin tirajladığı iddialara baxın. Azərbaycan Qafqaz Evi, reinteqrasiya, regional əməkdaşlıq, kommunikasiyaların bərpası istiqamətində təşəbbüslər göstərir, bunlarsa ən abırsız ittihamlara əl atırlar: su, dərman, çörəklə yola saldığımız erməni sakinləri öldürdüyümüzü iddia edirlər, ərazi bütövlüyümüzü hətta Paşinyanın etirafına rəğmən, tanımaq istəmirlər, anklavlar mövzusunu belə, qəbul etmirlər. Bütün bu alçaq iddiaların arxasında duranlar var, sözsüz ki, ilana zəhər verən kərtənkələlər. Onların bir hissəsi barədə neçə müddətdir müzakirələr gedir: Zəngəzurda sülənən diplomatlardan tutmuş, Avropa, Amerikada çirkli erməni pulları ilə yallanan çevrələrədək. Onlar haylı-küylü şarlatanlara “dayanmayın, çəkinməyin, ağlınıza və ağzınıza gələni uydurun, yayın, tirajlayın”- məzmunlu “ev tapşırığı” veriblər. Osmanlı Türkiyəsinə qarşı saxta iddiaların da rüşeymi belə hazırlanmışdı.скачать dle 12.1