Görüm-baxım nazirliyin işçiləri.

1-12-2020, 11:00
3 761
Görüm-baxım nazirliyin işçiləri.

Sabirabad direktor və müəllimləri yeni yaranmış 12 saylı Regional Hesablaşma idaresinin rəisi Elxan Əsədovun özbaşınalığından 3 ayda  cana gəlib.

Vətəndaş nazirə səslənir  

Sizizin bu vaxta qeder etdiyiniz təyinatların içərisində layiq olmayan yeganə  kadr

Qocaman rüşvətxor ,qohumbaz  64 yaşlı  Elxan Əsədovdur.Biz Sabirabadlılar  Sizdən artıq dərəcədə xahiş edirik ki, yeni yaradılmış o gözəl şəffaf prespektivli idareye təyin etdiyiniz bu köhnənin korrupsenerini teyin etmezden əvvəl onun Mədəniyyət şöbəsində çıxartdığı oyunları bir analiz etdirerdiz. Və onda bilərdiz ki,kimi hansı idarəyə təyin etməkdə nə qədər yanılmısız.Bu yazdığlarımızdan görunəcək ki bu ne qeder obyektiv adamdır.

"Ötən ilin noyabr ayında ən geridə qalmış məktəbləri “görüm-baxım” edərək kənarda qoyan nazirliyin işçiləri rayonun həmişə uğurları ilə fəxr etdiyi Nizami Gəncəvi adına 5 saylı orta məktəbinə qənim kəsildilər. Demə bu da xüsusi sifarişlərdən biri imiş. Əyər belə olmasaydı hər tədris ilində məzunlarının 60-70 faizi ali məktəblərə daxil olan, hər il şagirdləri “Qızıl medal” alan, Prezident təqaüdçüləri ilə fəxr edilən bu məktəbə, onun fəadakarcasına çalışdığı direktoru Bilal Əhmədova bu böyüklükdə pislik etməzdilər. Keçən il də rayonda yeganə “qızıl medal”çı bu məktəbin yetirməsi olub. Həmin şagird - Flora Əhmədzadə qəbul imtahanlarından 695 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub, bu gün Prezident təqaüdü alır. Elə ötən il məktəbin ingilist dilıi müəllimi Ellada Mirzəyeva Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rayon üzrə ilk dəfə olaraq “İlin ən yaxşı müəllimi” adına layiq görülərək 5 min manatla mükafatlandırılıb. Hansını deyək, bir deyil, beş deyil" deyə daxil olmuş müraciətdə bildirilir. 

Bu gün Sabirabad camaatı təəccüb içindədir. Bəs nə baş verdi ki, bu qədər uğurları olan məktəbin direktorunun ərizəsini aldılar. Demə “dərd”ləri var imiş.

"Keçək həmin bu oyunbazlığa. Ötən ilin axırlarında təhsil nazirliyinin “əl buyruğu” işçilərinin göstərişi ilə məktəbin 30 yaşlı müəllimi Könül Əsədova bu məktəbə yarım ştatla müavin, yəni “zavuç” təyin edilir. Vur-tut 5 aydır ki, bu kollektivdə çalışan, heç bir uğuru olmayan, kollektiv arasında ancaq intiriqaçı kimi özünü tanıdan bu xanımı demə bu nüfuzlu məktəbə direktor hazırlayırmışlar. İndi məlum olur ki, bu hoqqabazlığın başında rayon icra hakimiyyəti və nazirliyin iqtisadiyyat şöbəsinin müdiri durur. “Görüm-baxımla” belə qərara alınıb ki, rayonun Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanov yaradılacaq regional Təhsil şöbəsinin müdiri, onun baş mühasibi Elxan Əsədov isə redional maliyyə idarəsinin müdiri qoyulsun. Rayon icra hakimiyyətindən hər ikisinə də təqdimat verilib. Rayonda talançı mühasib kimi ad çıxaran, müsavatçı kimi tanınan Elxan Əsədov tez bir zamanda regional maliyyə idarəsinin müdiri təyin edilir. Əhmədə isə gözlə hələ deyirlər. Əvvəlcədən əldə olunmuş razlığa əsasən Elxanın qızı, bitərəf (başqa vaxt tələb olunur ki, mütləq YAP-çı olmalıdır) K. Əsədova da Nizami Gəncəvi məktəbinə direktor qoyulur"

Dəhşətdi. Dövlət başçısı təhsil nazirinin də, icra başçısının da iştirak etdiyi bütün müşavirələrdə ədalətdən, şaffalıqdan danışır. Görün nazirliyin şöbə müdiri Rauf Orucov və rayon rəhbərliyi isə hansı yolu tutublar. Bu gün nəinki həmin məktəbin, hətta rayon əhalisinin müzakirə mövzusu bu özbaşınalıq, rüşvətxorluq nəticəsində yaranmış mənəm-mənəmlikdir. Kollektiv açıq-açıqına bu haqsızlığa dözə bilmir.

Məktəbin kollektivi hələ də güman edir ki, təhsil naziri Mikayıl Cabbarovun bu qohumbazlıqdan, özbaşınalıqdan, mənəm-mənəmlikdən xəbəri yoxdur. Çünki, nazir özü keçən il bu məktəbin son zəngində iştirak edərək məktəbin uğurlarından danışıb. Bu məktəb həm də şagirdini Kür çayından xilas edib özü isə boğulan Əhliman müəllimin məktəbidir.

Fərhadlı Fərhad

скачать dle 12.1