Əliyev diplomatiyası adına növbəti ləkə.

13-09-2023, 13:57
30
Əliyev diplomatiyası adına növbəti ləkə.
“Fəxrəddin Mirzəyevin konsul təyin edilməsi Azərbaycan diplomatiyası adına növbəti biabırçılıqdır”


Ilham Əliyev yeni sərəncamla Fəxrəddin Mirzəyevi Karlovı-Varıda fəxri konsul təyin edib. Söhbət, hakim ailə ilə biznes bağlılıqları olan və korrupsiya qalmaqallarında ifşa olunan şəxsdən gedir. Bu cür olayların məsələyə münasibətində belə bir təyinatın ciddi məqamlardan xəbər verdiyini deyir.
Azərbaycanın diplomatik strukturlarında belə vəzifə qazanmağın yolu ölkə rəhbərliyinin pullarının yuyulmasına yardım göstərməkdir. Fəxrəddin Mirzəyev Paşayevlər ailəsinin, prezidentin qızının Çexiyada biznes portnyoru olub. Çexiya reyestrində bunu göstərən sənədlər var. Çexiyada həmin adam haqqında danışırlar ki, o, ümumiyyətlə, Azərbaycan oliqarxlarının pullarını yerləşdirməyə yardımçı olmaqla məşğuldur. Rəsmi Bakı belə adamlara vəzifə verməklə dövlətin imicini də zədələyir. Yəni onun hakim ailə ilə ortaq maraqları çoxdur. Indi onun həm də konsul statusu olacaq. Fəxri konsul statusu birbaşa diplomatik toxunulmazlıqdır. Azərbaycanın fəxri konsulu dürüst adam olmalıdır. Bu adam orada korrupsiya yolları ilə qazanılan pulları yerləşdirməklə məşğuldur. Ona görə də bu Azərbaycan diplomatiyası adına növbəti biabırçılıqdır.
Cənnətəliyev Fəriскачать dle 12.1