Totalitar toplumun düşdüyü vəziyət.

25-09-2023, 12:24
28
Totalitar toplumun düşdüyü vəziyət.
Azərbaycan cəmiyyəti heç vaxt indiki qədər totalitar toplum olmayıb. Hakimiyyətin yarada bilmədiyi totalitar cəmiyyəti toplum özü yaradıb. Cəmiyyətin totalitarlaşmasının nəticəsi olaraq siyasi və ictimai fəaliyyət ən aşağı səviyyəyə düşüb. Çünki, totalitar cəmiyyət hamının bir yerdə olduğu, lakin hamının özünü tək hiss etdiyi bir cəmiyyətdir.
Cəmiyyətin totalitarlaşması toplumdakı əlaqələrin, sosial bağlarının qırılmasına gətirib çıxarıb. İnsanlar arasında qarşılıqlı etimadın itməsi kollektiv fəaliyyət bacarıqlarının itirilməsinə səbəb olub. Etimadın itdiyi toplumlarda dövlətlə bağlılığı olmayan demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti mümkünsüz hala gəlir. Bu isə sonda sosial nekroza, toplumun müqavimət qabliyyətini itirərək yaşamını davam etdirə bilməməsinə səbəb olur.
Toplumda ümumi bir ağrı var və cəmiyyətin bütün üzvüləri ağrıdan bir-birlərinə qışqırırlar. Bəzi insanlar hündürdən qışqırmağı özlərinə rəva görmürlər, amma onlar da ürəklərində qışqırırlar.
Təəssüf ki, Azərbaycan cəmiyyətinin böyük hissəsi ən adi gerçəklikləri qəbul etmək iqtidarında deyil.
Azərbaycan cəmiyyətində üstün mədəniyyəti və zəkası ilə fərqlənən, bəşəriyyətə Mirzə Fətəli Axundzadə, Məhəmməd Əmin Rəsulzadə, Uzeyir bəy Hacıbəyli kimi nəhəng şəxsiyyətlər bəxş edən toplumun düşdüyü acınacaqlı vəziyyət bundan ibarətdir.
Cənnətəliyev Fəri
скачать dle 12.1