Əliyev dövləti korrupsiya siyasətinə çevirib.

25-09-2023, 18:51
35
Əliyev dövləti korrupsiya siyasətinə çevirib.
“Əliyevlərin qanuni yolla dünyanın ən zəngin ailələrindən birinə çevirilməsi mümkün deyil”
İlham Əliyevin ailəsi Londonda təxminən 700 milyon dollar və ya 1.2 milyard manat dəyərində əmlaka malikdir, Əliyevlər ailəsi bu əmlakları Böyük Britaniyadakı ofşor şirkətlər vasitəsilə alıb.
İlham Əliyev və yaxınlarının adı dəfələrlə irimiqyaslı korrupsiya əməllərində hallanı, bu əməllər barədə bir qayda olaraq ciddi beynəlxalq təşkilatlar və media quruluşları danışıb. Azərbaycan hakimiyyəti isə bunların qarşısında ya susub, ya da qeyri-ciddi açıqlamalarla vəziyyətdən çıxmağa çalışıb. Yeri gəlmişkən, Əliyevlərin Londonda 700 milyon dollarlıq sərvətini bütün dünyanın bundan danışmasna baxmayaraq, nə İlham Əliyevin özü, nə də hökumətindən kimsə münasibət bildirməyib. Bütün bu səpkili araşdırmalar göstərir ki, Əliyevlər ailəsi Azərbaycana böyük neft pullarının gəlməyə başladığı ilk illərdən xaricdə öz bizneslərini qurmaq və əmlaklar əldə etmək üçün ölkədən qanunsuz şəkildə çıxarıblar. Burada İlham Əliyevin övladlarının Dubay, London, Moskva və bir neçə başqa bahalı şəhərlərdə hər biri 10 milyonlarla dollar dəyərində mülklərə malik olduğu və Britaniyada qeydiyyatdan keçən ofşor şirkətlər vasitəsilə nəhəng biznes imperiyası qurduğu Azərbaycan “pulyuyan maşını” mexanizmi ilə ölkədən 3.9 milyard dollar vəsaitin çıxarıldığı, İlham Əliyevin əmisi qızının Londonda təxminən 45 miylon manat məbləğində “çirkli pul yumaq” ittihamı ilə məsuliyyətə cəlb olunduğu barədə faktları, Avropa Şurasında “kürü diplomatiyası” qalmaqalını – Azərbaycan hökumətinin avropalı deputatları satın almaq üçün 50 milyon avro xərcləməsini yada salmaq olar.
İlham Əliyev ailəsi ölkə daxilində də iri holdinqlərə, banklara, çoxsaylı biznes obyektlərinə və nəhəng layihələrə sahibdir “Azərbaycan ictimaiyyəti ölkənin bütün az-çox gəlir gətirən sahələrinə Əliyevlər ailəsinin əl qoyduğu haqda xəbərlərə artıq alışıb. Əliyevləri dünyanın ən zəngin ailələrindən birinə çevirən hər hansı qanuni yol isə mümkün deyil. Bunun necə mümkün olduğunu izah edə biləcək bircə məfhum var oda korrupsiyadır. Həm bu günlərdə yayılan, həm də buna qədər yayılmış məlum beynəlxalq araşdırmalar da sübut edir ki, Azərbaycanda korrupsiya məmur özbaşınalığı deyil, dövlət siyasətidir və bu siyasətin başında şəxsən İlham Əliyevin özü durur. Məhz İlham Əliyevin istəyi və iradəsi ilə korrupsiya bütün dövlət aparatında aşağıdan yuxarı şaxələnmiş və dəqiq işləyən mexanizmə çevrilib.
Cənnətəliyev Fəriскачать dle 12.1