Geriyə qalan xəzinə

16-01-2015, 19:41
0
Geriyə qalan xəzinə

 

İstəyirəm ki, bu dəfəki yazı bir az fərqli mövzuda olsun. O mövzuda ki, çox əhəmiyyətli və həyata keçməsi labüddür. Sizləri yaxın gələcəyi düşünməyə vadar edəcək bir mövzü. Yox-yox, bunun üçün “sehirli xalat” geyinməyə gərək yoxdur. Söhbət 5-10 il (bəlkə də daha az) zamandan gedir. Söhbət hər birimizin arzusu (və bu arzu istək çoxlarına “Kürdəxanı” bir çoxlarına mühacirlik, bir çoxlarına da həyatı bahasına başa gəlib) olan, rejim dəyişikliyindən gedir. O rejim ki, zahirən “güclü” və daxilən çox cılızdır. Əslində, zahirən də cılızdır. Sadəcə olaraq bu cılızlıq, milyonlar bahasına ört-basdır edilir.Daha doğrusu, edilməyə cəhd göstərilir. Sizə nədən deyim, nədən söyləyim, həmən gündən. Təsəvvür edək ki, o “Əjdahadan” bizdə də peyda olub. Və bir vaxtlar “sənə Əjdaha lazımdır?” deyə rişxənd edənlər, indi göbələk kimi ortaya çıxıblar ki, biz burdayıq və hər zaman da burdaydıq.Sadəcə olaraq, siz görmürsünüz. Bəli, demokratiya yağışından sonra, çox göbələklər ortaya çıxacaq. Əsl məqsədim, bunları çatdırmaq deyil. Bunlar gözlənilən bir haldır və heç bir qabaqlayıcı tədbirə ehtiyac yoxdur. Nə də olsa, yağışdan sonrakı göbələklərin ömrü, maksimum bir gün çəkir. İndi o söhbəti etməyə yaşı çatan da, çatmayan da,92-93 cü illərdən və o illərin olmayan büdcəsindən danışır. Təsəvvür edin ki, Allah eləməsin, o dövrdəki dövlət büdcəsi indiki qədər olsaydı, nələr baş verərdi. Sözümün əsl canı : Məlum məsələdir ki, hal-hazırda, dövlət büdcəsi deyilən bir şey yoxdur. Ailə büdcəsi var. Və heç kəsə məlum deyil ki, hakimiyyət dəyişikliyi necə olacaq.

Ola bilər ki, inqlab yolu ilə deyil, seçki yolu ilə olsun. Belə olduğu təqdirdə, ailə getdisə büdcə də getdi deməkdir. Doğrudur, indi internet dövrüdür. Amma bu da reallıqdır ki, hələ hamı AzTv-lərin əsarətindən çıxmayıb.Yəni ki, çoxlarının bundan xəbəri olmayacaq. Demokratik qurluşdan sonra, bir çoxları “hanı büdcə, hanı analoqsuz inkişaf” deyə soruşacaq. Onlara həqiqətləri çatdırana qədər, bir xeyli zaman keçəcək.Bu zaman kəsiyində isə, çoxları ömrünü “hanı-hanı”ilə keçirməli olacaq. Bu bilirsiniz, nəyə bənzəyir? Yəqin ki, çoxları şahidi olub. Bir əyyaş, qumarbaz və pis yolun yolçusu camaatı o qədər bezdirir ki, hər kəs onun yox olmasını, ölməsini arzulayır.Və zaman gəlir, o ölür. O öləndə məlum olur ki, ailəsinə və yaxınlarına 5 qəpik xeyri dəyməyən adamın, külli miqdarda borcu var. Bu həyatın amansız qanunlarından biridir ki, o borcu ailə və yaxınları ödəməlidir.

Orxan Valehli

скачать dle 12.1