Bu hakimiyət “TARİXSİZ HADİSƏ”lər kimi “şöhrət”lənəcək

15-05-2018, 20:52
6 954
Bu hakimiyət “TARİXSİZ HADİSƏ”lər kimi “şöhrət”lənəcək

Hikmət Nikbin

Respublikada idarəçilik qiyabi idarəçilik təsiri bağışlayır. Azərbaycan xalqı üçün idarəçilik Avstraliya ittifaqı qədər uzaq bir məsafəni xatırladır. Sadə insanlar haqq etdiklərinə nail ola bilmirlər. Hakimiyyət nümayəndələrinin qəbuluna düşmək mümkünsüz ! İqtidar xarici ölkələrə məxsus ərazilər təsiri bağışlayır. Məmur qəbuluna düşmək SƏRHƏD keçmək kimi müşkül !
Ölkədə üç və daha artıq vəzifə daşıyanlar var. Bəlkə hakimiyyət nümayəndələri nağıllarda olduğu kimi bir neçə yerə bölünə bilirlər ? Cəmiyyətdə dözülməz haqsızlıqlardan şikayətə gələnlər dərdlərini deməyə bir kimsəni tapa bilmirlər. Hakimiyyətin fəaliyyətsizliyi, Xalqın ümidini doğrultmaması görünən həqiqətdir. Ailə idarəçiliyi QİYABİÇİLƏR idarəçiliyi adlansa daha düzgün olar. Səs vermə hüququ əlindən alınmış Xalq bu idarəçiliyi qiyabi tanıdığı kimi, idarəçiliyin də Xalqla təması qiyabidir. Görünür, iqtidar hakimiyyəti istirahət mərkəzi ilə dəyişik salır. Vəzifə tort yemək deyil ! Ər-arvad-qohum-quda-qonşu-dost yığıla “tort” başına!
Azərbaycan gerçəkliyində bu günki bir problem də müəllimə olan yanaşmadır, müəllimə olan münasibətdir. Valideynlərin, bir gün bir sinifdə bir saat dərs keçməyən TƏHSİL işçilərinin, bir qisim “EKSPERT”lərin Azərbaycan müəlliminin üstünə “yürüşü” nəticəsində təhsil ocaqlarında DƏYƏRlər itirilir. Sabahın insanı İNKİŞAFdan qalır. Sabahın insanında xaraktersizlik, şəxsiyyətsizlik “məqsəd”ləşir. Öz millətinə, özünə acımasızlıq, bir etinasızlıq “göyərir”. Bu idarəçilik MƏNƏVİ mühitimizdə baş verən BÖHRANı etiraf etməlidir.
Min illərdən süzülüb gələn DƏYƏRlərimiz “buxar”lanır. Dəyər insan düşüncəsinin sərhədidir ! Sərhədsiz torpaq, sərhədsiz düşüncə anlayışı bizi “yem”ə çevirə bilər. Bir Xalq, bir Dövlət kimi itirdiklərimiz ölçüyə gəlməzdir. Çox təəssüf ki, torpaqlarımızı qoruya bilməyən idarəçilik dəyərlərimizi də qoruya bilmədi.
Bu hakimiyyətin kosmopolit düşüncəsi, bir şəhər qədər əhalisi olmayan Respublika əhalisini (eyni Respublikada yaşayan, eyni Konstitusiyası, eyni Qanunu olan insanları əyalətə və mərkəzə bölmək səviyyəsizlikdir, dərin düşüncəyə, dərin ağıla maliksizlikdir.) mərkəzə və əyalət insanına ayırması Azərbaycan cəmiyyətini dizi üstə çökdürür.
Bəli, Xalq hakimiyyəti qurulacaq ! Əyalətlilikdən, bölücülükdən uzaq bir idarəçilik olacaq. Dünya xalqlarının, Dünya dövlətlərinin ƏYALƏT bildiyi Azərbaycan Dünyanın MƏRKƏZinə çevrilmək mübarizəsini aparacaq. Bəli, Xalq buna nail olacaq !
Azərbaycan Respublikasını BÖYÜK sabahına BAXIŞ fərqliliyi, MÖVQE fərqliliyi aparacaq. İdarəçilikdə təmsil olunan da, olunmayan da, əks fikirli də, dəstək verən də hamı VƏHDƏTdə olacaq. Nəticədə, Xalq, Dövlət qazanacaq. Qarşılıqlı əlaqələrə əsaslanan SİSTEMdə UĞURdan danışmaq mümkün olacaq.
Hələ də bu günki iqtidarın səbatsızlığı ucbatından iqtidar-müxalifət, iqtidar- azad fikirli bitərəf insan münasibətlərində barışmaz bir sərhəd xətti var. Guya, bu xətti keçən düşməndir. Əks halda iqtidar fərqli düşüncəyə məxsus insanlardan qorxmazdı. Deməli, SİYASİ MƏHBUSlar da olmazdı.
Çox təəssüflər ki, İ.Əliyevin adıyla bağlı olan bu iqtidar Azərbaycan xalqının tarixinə bir “TARİXSİZ HADİSƏ” kimi düşəcək. Bu hakimiyət “TARİXSİZ HADİSƏ”lər kimi “şöhrət”lənəcək.
Azərbaycan cəmiyyətini inkişafsız vəziyyətə gətirən idarəçilik başqa nə cür yadda qala bilər ki ?

скачать dle 12.1