Tapdanan qərənfillərin elegiyası!

20-11-2018, 18:19
13 295
Tapdanan qərənfillərin elegiyası!

Xaliq Bahadır

Qırılmış Şəhidlər xiyabanının girişində bizi rejiimin aqressiv polisləri qarşıladı: “Olmaz!” Beləcə, bir çağlar rusların etmədiyini İlham Əliyev etdi: müxalifətin Şəhidlər xiyabanına girişini yasaqladı. Qanunauyğun görsənişdir: xalqa nifrətiylə xalqın nifrətini qazanan istənilən prezident o xalqın yalnız özündən deyil, onun Şəhidlərindən də qorxmalıdir. İ.Əliyev bizim Şəhidlərimizdən də qorxduğunu göstərdi!
… Bizi avtobusa dolduran yerdə polislərin sərgilədiyi vəhşilik olduqca acınacaqlı idi: elə bil rejim başçısı xalqa yönəlik kəskin aqressiyasını bütünlüklə polislərə ötürmüşdü. Bizi avtobusa doldurdular, yerdə polislərin tapdaq etdiyi yaralı, qızıl qanlı qərənfillər qaldı… Ruslar belə etməmişdilər!
… Dekabrın 4-dən 5-nə keçən gecə ruslar bizi Azadlıq meydanında döyüb avtobuslara mindirib Bayıl türməsinə apardılar. Rusların etdiyi anlaşılan idi: biz Rusiya imperiyasına qarşı çıxmaqla bağımsızlığa çalışırdıq. Ruslar Şəhidlər xiyabanı ilə bağlı sonadək (sonadək!) dözümlülük sərgilədilər. İndi baş verənlər ağlasığmazdır – qorxudan yaranan ağlasığmazlıq!..
… Bu gün bizim günümüz idi: Azərbaycan Xalq Hərəkatını – Milli Dirçəliş Gününü yaradanların Günü. Bu günü biz Milli Dirçəlişimizə yağı kəsilənlərlə savaşda keçirməli olduq – aradan 30 il keçmiş…

Image may contain: 5 people, including Sahib Rüstəmli, people sitting and sunglasses

скачать dle 12.1