Mədəni millət digər millətə bu qədər nifrət edə bilməz

24-01-2023, 14:55
2 108
Mədəni millət digər millətə bu qədər nifrət edə bilməz

Milli Şuranın sədri, professor Cəmil Həsənli

1967-ci ilin iyul ayının 3-də Stepanakertdə baş vermiş qanlı hadisə ilə bağlı Rusiya Dövlət Ən Yeni Tarix Arxivindən əldə etdiyimiz sənədlərin dərcin davam ettiririk. Bir daha təkrar edirəm bu sənədlər Azərbaycanın arxivlərində var. Lakin tədqiqatçıların üzünü bağlıdır. Niyə? Məlum deyil.

Dünən 1967-ci il 3 iyul hadisələrindən sonra Stepanakertdə yaşayan ermənilərin SSRİ-nin müxtəlif yerlərdə yaşayan ermənilərlə müsadirə olunmuş yazışmalarını qoymuşduq. Bu gün onlardan daha biri ilə tanış olun. Stepanakertdən Marina adında qadın Yerevanda Fioletov küçəsi 28-də yaşayan Avetis Xaçaturyana yazıb. Amma məktub Xaçaturyan üzərindən onun Yerevandakı tanışı Feliksə ötürülməli idi. Dəhşətli bir məktubdur. Həm də ona görə ki, faktlar necə saxtalaşdırılır. Sözlə deyiləcək bir şey deyil. Ən dəhşətlisi odur ki, içərisində bu qədər insana nifrət hissini daşıyan adamlar özlərini qədim, mədəni, qədim mədəniyyətin varisləri kimi təqdim edə bilirdilər.

Siz bu sənədlərin içərisində Dağlıq Qarabağ ərazisində Sov.İKP MK və müxtəlif sovet orqanlarına göndərilmiş millətçi və böhtançı məktub və müraciətlərin əsas təşkilatçıları, 3 iyul hadisələri zamanı Stepanakertə gəlmiş Yerevan Dövlət Universitetinin tələbələrinin və DQMV-nin Ermənistana birləşdirilməsi üçün imza toplayan şəxslərin siyahısı ilə tanış ola bilərsiniz. Birinci siyahının önündə Siz Ulubabyan Baqrat Arşakoviçin adını görürsünüz. O, Azərbaycan Yazıçılar İttifaqının Dağlıq Qarabağ bölməsinin sədri idi. Azərbaycan nəşriyyatlarından çamadanlara qonorar almışdı. Təhrikçisi olduğu 3 iyul hadisələrindən sonra Yerevana qaçdı.

Həmin vaxt erməni millətçi təşkilatları hələ 3 iyul hadisələrindən əvvəl DQMV-də gizli şəkildə Azərbaycan əleyhinə vərəqələr və çağırışlar yayırdılar. Onların bir neçəsinin məzmunu ilə Sizi tanış edirik. Diqqət edin! Onların məzmunu necə də ötən əsrin 80-ci illərinin ikinci yarısında yayılan vərəqələrin məzmununa bənzəyir.

скачать dle 12.1