Əliyevin avtoritar İdarəetmə mədəniyyəti.

3-02-2023, 12:58
4 736
Əliyevin avtoritar İdarəetmə mədəniyyəti.

Cəmiyyət olaraq ən böyük problemimiz bu kimi hesabatlara ciddi fikir verməməkdir. 

Demokratiya indeksində Azərbaycan dünyada 134-cü, Gürcüstan 90-cı, Ermənistan isə 82-ci yerdədir. 

Bu nəticələri  dünyada hər il  demokratiya indeksini hazırlayan, peşəkarlığı bütün dünyada etiraf olunan  “Economist Intelligence Unit” (EİU) təşkilatının ötən ilin yekunları üzrə demokratiya hesabatı ortaya çıxarıb. 

İlham Əliyevə qalsa, demokratiya göstəricilərimiz hələ daha da pisləşəcək. Ötən il qəbul olunmuş "Media haqqında" və "Siyasi partiyalar haqqında" mürtəce  qanunlar hələ bu il tətbiq olunmağa başlayacaq. 

Rejimin  Bəxtiyar Hacıyevə münasibətdə nümayiş etdirdiyi qəddarlıq, son 2 həftədə 10 nəfər müxalifət fəalının 30 sutka müddətinə inzibati həbsi göstərir ki, xalqımız səsini ucaltmasa,  repressiya və ölkəni beynəlxalq təcridə aparmaq siyasəti davam edəcək. 

Bu günlərdə Azərbaycanın azad fikirli jurnalistləri "Media haqqında" yeni mürtəce qanunun azad jurnalistikanı sıradan çıxara bilməməsi üçün  "icazəlimediaistəmirik" kampaniyası başladıblar. Bu kampaniyaya hamımız dəstək verməliyik.  "Media haqqında" və "Siyasi partiyalar haqqında" mürtəce  qanunların dəyişdirilməsini, eləcə də  Bəxtiyar Hacıyevin və  bütün siyasi məhbusların azad edilməsini hamımız birlikdə tələb edəndə ölkəmizi bu repressiv və korrupsioner idarəetmədən xilas edib,  önünü aça biləcəyik.

Zərifə Acalova

скачать dle 12.1